“Qarabağ
şikəstəsi” vətənpərvərlik
duyğularına köklənib
Yeni nəşrlər
Şairə və dramaturq,
Çexiyada yaşayan həmvətənimiz Leyla Bəyimin (Cəfərovanın)
"Qarabağ şikəstəsi” adlı miniatür
kitabı işıq üzü görüb. Kitabda müəllifin
eyniadlı poeması rus və Azərbaycan dillərində tədqim
edilib.
"Qarabağ şikəstəsi”
miniatür kitabı 65x50 millimetr ölçüdə, 168 səhifədən
ibarətdir. Kitab Miniatür Kitab Muzeyinin sifarişi ilə
"İndiqo” nəşriyyatında dörd dildə - Azərbaycan,
rus, ingilis və alman dillərində 100 nüsxə tirajla nəşr
olunub. Miniatür kitabın üz qabığında rus rəssamı
Nikolay Sverçkovun "Qarabağ atı” (1865) əsəri təsvir
edilib.
Kitabda yer alan "Qarabağ şikəstəsi”
poeması Qarabağ ağrısı, səmimi vətənpərvərlik
hisləri ilə dolu olan bir əsərdir.
Miniatür kitabın müəllifi
Leyla Bəyim Bakıda anadan olub, hazırda Praqada
yaşayır. Azərbaycan Yazıçılar Birliyinin,
Avropa Ədibləri Konqresinin və Çexiyanın Rusdilli
Yazıçılar İttifaqının üzvüdür, 4
şeirlər toplusunun müəllifidir. Yefim Abramovla birlikdə
bir neçə pyes qələmə alıb. Onlardan biri -
"Xəyalpərəst oğlanlar” Azərbaycan Gənc
Tamaşaçılar Teatrında səhnələşdirilib.
Əsərlərini rusca yazan Leyla Bəyimin şeir və
pyesləri çex dilində də dərc edilir.
Azərbaycan.- 2019.- 7 aprel.- S. 7.