Naxçıvan Muxtar Respublikası
Ali Məclisində görüş
Aprelin 8-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Tacikistan Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Rüstəm Soli ilə görüşüb.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Ali Məclisin Sədri qonağı salamlayıb, Naxçıvan Muxtar Respublikasının ərazisi, sərhədləri, idarəetmə quruluşu və iqtisadi inkişafı haqqında ətraflı məlumat verib. Blokada şəraitində yaşamasına baxmayaraq muxtar respublikada kənd təsərrüfatı və sənayenin inkişaf etdiyini, enerji və ərzaq təhlükəsizliyinin təmin olunduğunu bildirən Ali Məclisin Sədri yerli istehsalın və ixracın həcminin artırılması sahəsində görülən işlərdən danışıb. Yaşayış məntəqələrinin sürətli internetlə və rabitə xidməti ilə təmin olunduğunu bildirən Ali Məclisin Sədri elm, nəqliyyat və təhsil müəssisələrinin fəaliyyətinə toxunub, turizm potensialını diqqətə çatdırıb.
Ali Məclisin Sədri Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə Tacikistan arasında əlaqələrin inkişafı üçün imkanların olduğunu vurğulayıb və səfərin əhəmiyyətini qeyd edib.
Səfir Rüstəm Soli səmimi görüşə görə
minnətdarlıq edib, Naxçıvanda olmaqdan məmnunluq duyduğunu
bildirib. Görkəmli
dövlət xadimi Heydər Əliyevin
Naxçıvan şəhərindəki muzeyi
ilə tanışlığın onda dərin
təəssürat yaratdığını qeyd
edən diplomat ölkələrimiz
arasındakı əlaqələrin inkişafında Ulu Öndərin xidmətlərini
xatırladıb, Naxçıvan Muxtar
Respublikası ilə əlaqələrin inkişafını
vacib məsələ kimi
dəyərləndirib.
Azərbaycan.- 2019.- 9 aprel.- S.3.