ADA Universitetində dəyirmi masa:
“Nüvə və yüksək enerji
fizikası XXI əsrdə hara gedir?”
Aprelin 8-də ADA Universitetində "Nüvə və yüksək enerji fizikası XXI əsrdə hara gedir?” mövzusunda dəyirmi masa keçirilib.
AZƏRTAC xəbər verir ki, "Birləşmiş Nüvə Tədqiqatları İnstitutu (BNTİ) ilə Azərbaycan arasında nüvə fizikası, elementar zərrəciklər fizikası və zərrəcik detektorları sahəsində əməkdaşlığın üfüqləri” mövzusunda beynəlxalq seminar çərçivəsində keçirilən dəyirmi masaya ABŞ-ın Merilend Universitetinin professoru, akademik Roland Saqdeyev moderatorluq edib.
Tədbirdə Flerov adına nüvə reaksiyaları laboratoriyasının direktoru Sergey Dmitriyev, Antiproton və ion tədqiqatı mərkəzinin (FAIR) elmi direktoru və idarə heyətinin sədri Paolo Qubellino (Almaniya), Praqada Çex Texniki Universiteti nəzdindəki Eksperimental və Tətbiqi Fizika İnstitutunun direktoru İvan Stekl mövzu ətrafında çıxış ediblər.
S.Dmitriyev "Mendeleyev dövrü cədvəlində ən ağır elementlər. Bu gün və gələcək” mövzusunda təqdimat edib. O, belə tədbirlərin Azərbaycanın müvafiq sahəyə töhfə verməsi baxımından böyük əhəmiyyət daşıdığını bildirib.
P.Qubellino sədrlik etdiyi FAIR-in fəaliyyəti barədə
məlumat verib. Bildirib ki,
bu müəssisə dünyada ən geniş "Data mərkəz”lərindəndir.
Alim tədqiqat mərkəzinin
həyata keçirdiyi
layihələr nəticəsində
əldə olunan yeni kəşflər və izotoplar barədə də danışıb. Mərkəzin həyata keçirdiyi layihədə 9 ölkənin
beynəlxalq payçı
və 1 ölkənin
assosiativ tərəfdaş
kimi çıxış
etdiyini diqqətə çatdırıb. Mərkəzin kosmik radiasiyadan mühafizə sahəsində
də eksperimentlər
apardığını deyən
P.Qubellino bu araşdırmaların uğurlu
nəticələri olaraq
daha uzaq, məsələn Mars planetinə
kosmik səfərlərin
asanlaşacağını qeyd edib.
"Nüvə
və zərrəciklər
fizikası” mövzusunda
təqdimatla çıxış
edən İ.Stekl bildirib ki, XXI əsrdə zərrəciklər
fizikası qarşısında
duran ən aktual məsələ yüksək enerji fizikası sahəsində
güclü kollayderlər
vasitəsilə zərrəciklərin
araşdırılması olub. O, həmçinin
XXI əsrdə bu sahədə aşağı
enerji fizikası və aşağı sıxlıqlı elementlərin
araşdırılmasının əhəmiyyətinin artdığını
qeyd edib. İ.Stekl rəhbərlik etdiyi institutun apardığı
son eksperimentləri və
layihələri diqqətə
çatdırıb.
Sonda akademik R.Saqdeyev bildirib ki, beynəlxalq
seminar çərçivəsində BDU
ilə Çex Texniki Universiteti nəzdindəki Eksperimental
və Tətbiqi Fizika İnstitutu arasında imzalanmış
əməkdaşlıq protokolu
gələcəkdə Azərbaycanın
bu sahədə beynəlxalq əməkdaşlığa
qoşulmasına təkan
verəcək.
Azərbaycan.- 2019.- 9 aprel.- S.3.