Qayğı, səmimiyyət ... Böyüklük

 

Azərbaycanın 10 milyonuncu vətəndaşının dünyaya göz açması bütün xalqın sevincinə səbəb oldu. Prezident İlham Əliyev birinci xanım Mehriban Əliyeva bu münasibətlə körpənin valideynlərini Azərbaycan xalqını təbrik etdilər. Yenə birinci olaraq!.. İnsanların həyatındakı həm dar, həm şad günlərdə həmişə onlarla birlikdə olduqlarını bu sevincli, əlamətdar anlarda da sidqi-ürəkdən, səmimi qəlbdən gələn təbrikləri ilə bir daha təsdiqlədilər.

Bu təbrikə sakinlərinin sayı 10 milyona çatan Azərbaycan səs verdi. Hərə sevincini bir cür ifadə etdi. Bakıda respublikanın bölgələrində ağacəkmə kampaniyaları keçirildi, torpağın köksünə sabah qollu-budaqlı ağaclara çevriləcək pöhrələr basdırıldı. Çöhrəsinə təbəssüm qonan insanlar bir-birini təbrik etdi. İstirahət günü paytaxt sakinləri Dənizkənarı Milli Parka axışdı. Bu qeyri-rəsmi bayram münasibətilə incəsənət ustalarının konsertinə tamaşa etdilər, atəşfəşanlığı seyr etdilər.

Körpənin valideynləri - keçmiş Ağdərə rayon sakinləri, hazırda Ağdam rayonunun Baş Güneytəpə kəndində qeydiyyatda olan məcburi köçkünlər Nigar Ocaqova Rauf Həsənov ailənin ilki olan qıza Mehriban adını verdilər. Bu da Azərbaycan qadınlarının uşaqlarının böyük himayədarı olan Birinci vitse-prezident, birinci xanım Mehriban Əliyevaya xalqın, insanların sevgi ehtiramından qaynaqlanan bir hərəkətdir.

Dünən isə dövlət başçısı birinci xanım Respublika Perinatal Mərkəzinə gələrək 10 milyonuncu vətəndaş Mehriban Həsənovanın valideynləri ilə görüşdülər. Xalq-iqtidar birliyinin daha bir parlaq nümunəsi! Bu birliyin heç bir şərhə ehtiyacı olmayan aydın təcəssümü...

Azərbaycanın 10 milyonuncu sakininin anadan olması sıradan bir hadisə deyil. Dünyanın bir çox ölkələrində demoqrafik vəziyyətin gərgin olduğu, bəzi yerlərdə əhalinin sayının hətta azaldığı bir zamanda Azərbaycanda doğumun səviyyəsi yüksək olaraq qalır. Yeni doğulanların sayı dünyasını dəyişənlərin sayını iki dəfədən çox üstələyir. Bu da dövlətin həyata keçirdiyi ardıcıl məqsədyönlü sosial siyasətin nəticəsində mümkün olub. Dövlətin ailəyə, anaların uşaqların sağlamlığına göstərdiyi hərtərəfli dəstəyin nəticəsidir.

Azərbaycan dünyaya gələn vətəndaşlarını əliboş qarşılamır. Yəni dövlətimizin sosial siyasəti əhalinin artımına hesablanır. Başqa sözlə, ərzaq bolluğu yaradılır, yeni yerləri açılır, məktəblər, uşaq bağçaları, müalicə ocaqları, idman kompleksləri tikilir.

Qoy balaca Mehribanın ata-anasını yurd-yuvasından perik salan düşmən sevinməsin. Müvəqqəti işğal altında olan torpaqlarımızın sakinləri dövlətin qayğısı əhatəsindədir. Həsənovlar ailəsinin artıq Bakı şəhərində mənzili var!

Əhalisi dəstə-dəstə ölkəni tərk edən Ermənistanı miskin vəziyyətə salan rəhbərləri, vandalları separatçıları bizə baxıb xar olsunlar. Bilsinlər ki, balaca Mehribanın öz ata-baba yurdunda addım atıb böyüyəcəyi gün uzaqda deyil!

Dünən Prezident İlham Əliyevin birinci xanım Mehriban Əliyevanın 10 milyonuncu vətəndaşın valideynlərini şəxsən təbrikə gəlməkləri ürəklərdə qədər xoş təəssürat, qədər xoş arzu əlbəttə ki, qədər böyük inam oyadır!

Bu gəliş qayğı arxasında Böyüklüyün dayandığı səmimiyyət alicənablıqdır.

Bu gəlişi Azərbaycanın öz yeni övladına, yeni vətəndaşına xeyir-duası da adlandırmaq olar. Odur ki, bir daha deyirik: Adınla böyü, Mehriban! Daşıdığın ada həmişə layiq ol! Azərbaycan xanımlarına məxsus gözəllik, mehribanlıq, ucalıq daim yaşasın varlığında! Azad, müstəqil Azərbaycanın layiqli vətəndaşı ol!

 

Flora SADIQLI,

 

Azərbaycan.- 2019.- 10 aprel.- S.1-2.