“Azərbaycan Respublikasında dövlət daktiloskopikgenom qeydiyyatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

 

Azərbaycan Respublikasının Qanunu

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 20-ci bəndini rəhbər tutaraq qərara alır:

"Azərbaycan Respublikasında dövlət daktiloskopik genom qeydiyyatı haqqındaAzərbaycan Respublikasının Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, ¹ 8, maddə 1670) 7.1.1-ci maddəsinə "ümumvətəndaşsözündən əvvəl "şəxsiyyət vəsiqəsi, habeləsözləri əlavə edilsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 29 mart 2019-cu il

 

Azərbaycan.- 2019.- 10 aprel.- S.4.