Azərbaycan Respublikası Prezidentinin
2016-cı il 20 oktyabr tarixli 1082 nömrəli Fərmanı ilə təsdiq
edilmiş “ASAN Viza” sistemi haqqında Əsasnamə”də dəyişiklik
edilməsi barədə
Azərbaycan Respublikası
Prezidentinin Fərmanı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq qərara alıram:
1. Azərbaycan Respublikası Prezidentinin
2016-cı il 20 oktyabr tarixli 1082 nömrəli Fərmanı (Azərbaycan
Respublikasının Qanunvericilik
Toplusu, 2016, ¹ 10, maddə
1641; 2017, ¹ 6, maddə 1098, ¹ 12 (I kitab), maddə 2273; 2018, ¹
4, maddə 663, ¹ 10, maddə
1987) ilə təsdiq edilmiş "ASAN Viza” sistemi haqqında Əsasnamə”də aşağıdakı
dəyişikliklər edilsin:
1.1. 1.2.4-cü yarımbənd
aşağıdakı redaksiyada
verilsin:
"1.2.4. birdəfəlik
və ya çoxdəfəlik elektron
vizanın 3 iş günü müddətində,
birdəfəlik elektron
vizanın sürətləndirilmiş
qaydada alınması üçün müraciət
edildikdə 3 saat ərzində, birdəfəlik
elektron vizanın Azərbaycan Respublikasının
beynəlxalq hava limanlarında alınması
üçün müraciət
edildikdə isə
real vaxt rejimində verilməsini;”;
1.2. 6.1.2.1-ci yarımbəndə
"7.4-cü” sözlərindən sonra ", 7.4-1-ci” sözləri
əlavə edilsin;
1.3. 7.3-1-ci, 7.4-cü, 7.10-cu bəndlərə, 7.17-ci bəndin
üçüncü cümləsinə
(birinci halda), 7.17-1-ci bəndə, 7.18-1-ci bəndin
birinci cümləsinə
və 7.24-cü bəndin
birinci cümləsinə
"elektron” sözündən
əvvəl "birdəfəlik”
sözü əlavə
edilsin;
1.4. 7.4.8-ci yarımbənddə
"mobil və stasionar” sözləri
"mobil və ya stasionar” sözləri
ilə əvəz edilsin;
1.5. 7.4.13-cü yarımbənd
ləğv edilsin;
1.6. aşağıdakı
məzmunda 7.4-1-ci bənd
əlavə edilsin:
"7.4-1. Sistemin
istifadəçisi olan
əcnəbi və ya vətəndaşlığı
olmayan şəxs çoxdəfəlik elektron
viza alınması ilə bağlı birbaşa müraciət etmək üçün bu Əsasnamənin
7.4-cü bəndində qeyd
edilən sənədə
və məlumatlara əlavə olaraq aşağıdakılar barədə
məlumatı Sistemin
internet informasiya ehtiyatında
yaradılan müvafiq
bölməyə daxil
edir:
7.4-1.1. soyadının
və ya digər adlarının dəyişdirilməsi;
7.4-1.2. vətəndaşlığının
dəyişdirilməsi;
7.4-1.3. viza üçün müraciət
etdiyi günədək
daimi yaşadığı
ölkələr;
7.4-1.4. ailə vəziyyəti;
7.4-1.5. hazırkı
iş yeri, vəzifəsi və ixtisası;
7.4-1.6. Azərbaycan
Respublikasının ərazisində
qalacağı ünvanın
telefon nömrəsi (mobil və ya
stasionar);
7.4-1.7. əvvəllər
Azərbaycan Respublikasına
səfər etməsi;
7.4-1.8. əvvəllər
Azərbaycan Respublikasına
səfər etmək üçün viza alması;
7.4-1.9. əvvəllər
Azərbaycan Respublikasına
səfər etmək üçün viza verilməsindən imtina edilməsi;
7.4-1.10. cinayət
məsuliyyətinə cəlb
edilməsi;
7.4-1.11. Azərbaycan
Respublikasına dəvət
edən tərəfin
tam adı, ünvanı
və telefon nömrəsi (mobil və ya stasionar);
7.4-1.12. son 3 ildə
səfər etdiyi xarici ölkələr.”;
1.7. 7-1-ci hissənin
adında "Vizanın”
sözü "Elektron
vizanın” sözləri
ilə əvəz edilsin;
1.8. 7-1.0-cı bənddə
"vizanı” sözündən
əvvəl "birdəfəlik
elektron” sözləri
əlavə edilsin.
2. Azərbaycan Respublikasının Nazirlər
Kabineti:
2.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu fərmana uyğunlaşdırılması
ilə bağlı təkliflərini üç
ay müddətində hazırlayıb
Azərbaycan Respublikasının
Prezidentinə təqdim
etsin;
2.2. bu fərmanın 1.6-cı bəndini
nəzərə alaraq,
bir ay müddətində
"Viza blankının
doldurulması Qaydası”nın,
"Viza almaq üçün ərizə-anket”in
nümunəsinin və
"Azərbaycan Respublikasına
əcnəbini və ya vətəndaşlığı
olmayan şəxsi dəvət edən tərəfin vəsatəti”nin
təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 19
mart tarixli 87 nömrəli
Qərarında müvafiq
dəyişiklik etsin və bu barədə
Azərbaycan Respublikasının
Prezidentinə məlumat
versin;
2.3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin digər normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını
üç ay müddətində
təmin edib Azərbaycan Respublikasının
Prezidentinə məlumat
versin;
2.4. mərkəzi
icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın
və bunun icrası barədə beş ay müddətində
Azərbaycan Respublikasının
Prezidentinə məlumat
versin;
2.5. bu
fərmandan irəli gələn digər məsələləri həll
etsin.
3. Azərbaycan
Respublikasının Ədliyyə
Nazirliyi mərkəzi
icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının
Nazirlər Kabinetinə
məlumat versin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
9 aprel 2019-cu il
Azərbaycan.- 2019.-10 aprel.-
S.4.