Bəzi dairə seçki
komissiyalarının tərkibində dəyişiklik edilməsi
barədə
Azərbaycan Respublikası
Mərkəzi Seçki
Komissiyasının Qərarı
Qərar № 2/7
Azərbaycan Respublikasının
Mərkəzi Seçki
Komissiyası Azərbaycan
Respublikası Seçki
Məcəlləsinin 19.4-cü,
19.14-cü, 22.1-ci, 22.3.1-ci, 28.2-ci, 28.4-cü və
30-cu maddələrinə uyğun
olaraq qərara alır:
1. Tahir Turar oğlu Ələkbərov 38 saylı Nizami ikinci (Gəncə), Urfan Səfərəli oğlu Nəsirov 40 saylı Kəpəz ikinci (Gəncə) seçki dairəsi dairə seçki komissiyasının həlledici səs hüquqlu üzvü vəzifəsindən vaxtından əvvəl azad edilsinlər.
2. Kənan Elman oğlu Qəhrəmanov 2 saylı Şərur, Məmmədhüseyn Mühəndis oğlu Cahangirli 75 saylı Lənkəran - Masallı, Həsən Hüseyn oğlu İsmayılov 98 saylı Şəmkir şəhər seçki dairəsi dairə seçki komissiyasının həlledici səs hüquqlu üzvü təyin edilsinlər.
Sədr Məzahir Pənahov
Katib Arifə Muxtarova
Katib Mikayıl Rəhimov
09.04.2019-cu il
Azərbaycan.- 2019.- 10 aprel.- S.6.