4 qəsəbə, 6713 mənzil

 

İndiyədək 300 min köçkünün məişət problemlərini həll edən Prezident İlham Əliyev son 1 ildə bu sahəyə xüsusi diqqət ayırıb

 

Bu gün dünya miqyasında humanitar sahədə yaşanan ən böyük problemlərdən biri qaçqın və məcburi köçkünlərlə bağlıdır.

Bu qəbildən olan insanların sayının davamlı şəkildə artması problemin həllini daha da aktuallaşdırır. Amma görünən odur ki, saylarının getdikcə artmasına baxmayaraq, qaçqın və məcburi köçkünlərin üzləşdikləri çətinliklər heçeffektiv şəkildə həllini tapmır. Düzdür, ortaya fərqli nümunələr qoyan ölkələr də var və onların sırasında ilk yerdə Azərbaycanın adı çəkilə bilər.

 

Uğur nümunəsi

 

Azərbaycan bu gün azsaylı ölkələrdəndir ki, qaçqın və məcburi köçkünlərin üzləşdikləri problemlərin həllində ortaya kifayət qədər uğurlu bir nümunə qoya bilib. Ümumiyyətlə, qaçqın və məcburi köçkünlər probleminin nə dərəcədə həssas xarakter daşımasını Azərbaycan kifayət qədər yaxşı bilironun həllinin vacibliyini də hər zaman ön planda tutur. Çünki ölkəmiz uzun illərdir ki, bu problemlə üzləşib və bunun hansı çətinliklər yaratdığını da çox gözəl bilir.

Ötən dövr ərzində iqtisadi imkanları artan Azərbaycan dövləti öz doğma torpaqlarını tərk etməyə məcbur edilmiş insanların üzləşdikləri problemlərin həlli üçün bütün zəruri tədbirləri görüb və görməkdədir.

 

Ötən il 27 minə yaxın məcburi köçkünün mənzil-məişət şəraiti yaxşılaşdırılıb

 

Yaşanan sürətli inkişaf, məşğulluq, sosial problemlərin effektiv həlli qaçqın və məcburi köçkünlərin üzləşdikləri çətinliklərin böyük miqyasda aradan qalxmasına səbəb olub. Əlverişli sosial atmosferin yaradılması, ölkə miqyasında tərəqqinin sürətlənməsi, yeni iş yerlərinin açılması və əhalinin məşğulluqla təmin edilməsi bu gün məcburi köçkünlərin də davamlı, sabit artımlı gəlirləri üçün əsas yaradıb. Onların qarşılaşdıqları mənzil probleminin həllinə isə həmişəki kimi dövlət ən yüksək səviyyədə böyük diqqət və qayğı göstərib. Elə bunun nəticəsidir ki, təkcə keçən il 5 min 903 ailənin və ya 27 minə yaxın məcburi köçkünün mənzil-məişət şəraiti yaxşılaşdırılıb. Bundan əlavə, müvəqqəti məskunlaşma yerlərində aparılmış təmir işləri nəticəsində 158 ailənin mənzil-məişət şəraiti yaxşılaşdırılıb. Son 1 ildə isə 6713 mənzilli 4 qəsəbə istifadəyə verilib.

Ümumiyyətlə isə 2001-2018-ci illər ərzində qaçqın və məcburi köçkünlər üçün ölkənin 30-dan artıq şəhər və rayonunda Dövlət Neft Fondundan və digər mənbələrdən ayrılmış vəsait hesabına 3,5 milyon kvadratmetr sahəsi, bütün sosial-texniki infrastruktura malik olan fərdi evlərdən, çoxmərtəbəli binalardan ibarət 103 müasir məhəllə, qəsəbə və ya yaşayış kompleksi salınıb. Bunun da 3,3 milyon kvadratmetr yaşayış sahəsinə malik 97-si və yaxud 95 faizi son 15 ildə inşa edilib.

 

Nəticələr təqdirəlayiqdir

 

2001-2018-ci illər ərzində Ermənistandan olan 6 min qaçqının, yaxud 1330 ailənin və 294 min məcburi köçkünün, yaxud 56 min 873 ailənin, ümumilikdə isə 59 mindən çox ailənin və ya 300 min nəfərə yaxın qaçqın və məcburi köçkünün mənzil-məişət şəraiti yaxşılaşdırılıb.

54 min 203 ailənin, yaxud 272 min nəfərin mənzilə sahib olması isə son 15 ilin payına düşür. Bu məqsədlə 2,6 milyard manat vəsait sərf olunub ki, bunun da 2,3 milyard manatı Dövlət Neft Fondunun payına düşür.

Xatırladaq ki, ötən il dekabrın 27-də Sumqayıt şəhərində qaçqın və məcburi köçkün ailələri üçün inşa edilən yaşayış binaları kompleksinin açılışı olub. Açılışında Prezident İlham Əliyevin iştirak etdiyi yaşayış məntəqəsi şəhərin mərkəzində, Koroğlu prospektində yerləşir. Xüsusi memarlıq üslubundamüasir səviyyədə inşa olunan bu kompleks 1005 qaçqın və məcburi köçkün ailəsi üçün nəzərdə tutulub. Ərazisi 4 hektar olan kompleksdə ümumilikdə 12 bina, o cümlədən səkkizmərtəbəli səkkiz, 15 mərtəbəli dörd bina var. Kompleksdə məktəb, uşaq bağçası, mərasim evi, polis məntəqəsi və digər zəruri infrastruktur obyektləri inşa edilib.

Layihənin icrası zamanı Sumqayıtdakı 12-ci mikrorayonda yerləşən 21 saylı məktəbə əlavə olaraq, dördmərtəbəli yeni korpus inşa edilib, məktəbin mövcud binasının fasadı, dam örtüyü tamamilə yenilənib.

Bütün bunlar sübut edir ki, Prezident İlham Əliyev qaçqınların və məcburi köçkünlərin problemlərinin həllinə xüsusi qayğı ilə yanaşır, bu məsələni daim diqqət mərkəzində saxlayır. Dövlət başçısı qaçqınların və məcburi köçkünlərin sosial problemlərinin həllini sosial siyasətin əsas istiqamətlərindən biri kimi müəyyən edib.

Ötən il dekabrın 24-də açılışı olan Abşeron rayonunun ərazisində 1000 məcburi köçkün ailəsi üçün salınmış yeni yaşayış kompleksiqeyd edilənlərin təsdiqidir. Xatırladaq ki, yeni yaşayış məhəlləsinin layihələndirilməsi və tikintisi Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu tərəfindən həyata keçirilib. Kompleksin inşasına ötən ilin martında başlanılıb və tikinti işləri yüksək səviyyədə həyata keçirilib. Layihə üzrə 23-ü 42, biri isə 35 mənzilli olan 7 mərtəbəli yaşayış binası inşa olunub. Məktəb və uşaq bağçasının daxil olduğu yeni yaşayış kompleksində digər zəruri infrastruktur obyektləri - klub-icma mərkəzi, həkim məntəqəsi, ATS binası tikilib, istirahət parkı salınıb, uşaq meydançaları yaradılıb. Ərazidə geniş abadlıq və yaşıllaşdırma işləri görülüb. Kompleks salınarkən elektrik, su, qaz, istilik təchizatı və suvarma sisteminin, rabitə və televiziya şəbəkəsinin qurulmasına xüsusi diqqət göstərilib. Yeni yaşayış kompleksində hazırda Sumqayıt şəhəri və Abşeron rayonu ərazisində yataqxanalarda və digər inzibati binalarda müvəqqəti məskunlaşmış məcburi köçkün ailələri mənzillə təmin olunub.

Bu günlərdə Prezident İlham Əliyevin iştirakı ilə Bakının Kürdəxanı qəsəbəsində 810 məcburi köçkün ailəsi üçün daha yeni bir yaşayış kompleksi istifadəyə verilib. Mənzillərdən 72-si birotaqlı, 360-ı ikiotaqlı, 306-sı üçotaqlı, 72-si isə dördotaqlıdır. Mənzillərin ümumi sahəsi 91 min kvadratmetrdir. Bütün mənzillər təmir edilib və mətbəx mebeli ilə təchiz olunub.

Bu arada onu da qeyd edək ki, məcburi köçkünlərin məişət problemlərinin həlli işində dövlətlə yanaşı, artıq özəl sektor da yaxından iştirak edir. Elə "Qobu Parkköçkün şəhərciyinin açılışı bunun bariz nümunəsidir. Xatırladaq ki, burada mindən çox ailə üçün yeni yaşayış binaları tikilib, bütün infrastruktur yaradılıb. Ən əsası isə həmin layihə özəl sektor tərəfindən icra edilib və maliyyələşdirilib. Növbəti dövrdə də bu istiqamətdə özəl sektorun fəaliyyətinin genişləndirilməsi gözlənilir.

 

Sosial problemlərin həlli Birinci vitse-prezidentin xüsusi diqqət mərkəzindədir

 

Qaçqınların məcburi köçkünlərin sağlamlıqlarının təmini, sosial durumlarının yaxşılaşdırılması, məşğulluqlarının artırılması digər məsələlərlə bağlı da bir sıra mühüm işlər görülüb. Bu işlərə Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələr töhfə verir.

Ümumiyyətlə, Azərbaycan dövlətinin qaçqınların məcburi köçkünlərin sosial məsələlərinin həlli istiqamətində gördüyü tədbirlər dünyada çox nadir təcrübədir. Bu təcrübə bütün beynəlxalq təşkilatlar tərəfindən çox yüksək qiymətləndirilir ondan istifadə olunur. Eyni zamanda qaçqın məcburi köçkünlərin müvəqqəti yaşayış yerləri çadırlardan müasir tələblər səviyyəsində inşa edilən qəsəbələrə köçürülməsi dövlətin bu insanlara göstərdiyi diqqətin təzahürüdür.

Xatırladaq ki, bu kateqoriyadan olan insanların maddi rifahının yaxşılaşdırılması üçün dövlət proqramları qəbul edilib, sosial müavinətlərin artırılması istiqamətində mühüm tədbirlər görülüb. Bu istiqamətdə atılan mühüm addımlardan biri 2017-ci il martın 9-da Birinci vitse-prezident Mehriban Əliyevanın sədrliyi ilə Bakı Sumqayıt şəhərlərinin yataqxanalarında müvəqqəti məskunlaşmış qaçqın məcburi köçkün ailələrinin köçürülməsinə həsr edilən müşavirənin keçirilməsi oldu.

Mehriban Əliyeva müşavirədəki çıxışında ağır vəziyyətdə, qəzalı yararsız binalarda məskunlaşan məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması ilə bağlı tapşırıqlarını verdi. 2017-ci ilin may ayında Qaradağ rayonunda 1026 məcburi köçkün ailəsi üçün inşa edilən yaşayış kompleksinin təməli qoyuldu. Ötən il 24 may tarixində isə Prezident İlham Əliyev Birinci vitse-prezident Mehriban Əliyeva "Qobu Park” yaşayış kompleksinin açılışında iştirak ediblər.

Eyni zamanda Abşeron rayonunun Masazır, Mehdiabad, Sabunçu rayonunun Ramana qəsəbələrində 470 mənzil məcburi köçkünlərə təqdim edildi. Bununla yanaşı, Heydər Əliyev Fondu tərəfindən alınan 465 mənzilə Binəqədi rayonu, 9-cu mikrorayon ərazisindəki Təcili Tibbi Yardım Stansiyasının yarımçıq binasından məcburi köçkün ailələrinin köçürülməsi başa çatdı.

Ümumiyyətlə, Azərbaycan dövlətinin qaçqınların məcburi köçkünlərin sosial məsələlərinin həlli istiqamətində gördüyü tədbirlər dünyada çox nadir təcrübədir. Bu təcrübə bütün beynəlxalq təşkilatlar tərəfindən çox yüksək qiymətləndirilir və ondan istifadə olunur. Eyni zamanda, qaçqın və məcburi köçkünlərin müvəqqəti yaşayış yerləri və çadırlardan müasir tələblər səviyyəsində inşa edilən qəsəbələrə köçürülməsi dövlətin bu insanlara göstərdiyi diqqətin təzahürüdür.

Xatırladaq ki, bu kateqoriyadan olan insanların maddi rifahının yaxşılaşdırılması üçün dövlət proqramları qəbul edilib, sosial müavinətlərinin artırılması istiqamətində mühüm tədbirlər görülüb. Qarşıdakı dövr ərzində isə bu qəbildən olan insanların mənzil-məişət problemlərinin həlli istiqamətində işlər daha geniş miqyasda davam etdiriləcək. Müvafiq dövlət proqramına uyğun olaraq, artıq Kürdəmir rayonunda 563, Ucar rayonunda 250, Göygöl rayonunda 80 və Ağcabədi rayonunun Taxtakörpü qəsəbəsində 645 məcburi köçkün ailəsi üçün nəzərdə tutulmuş fərdi evlərdən və çoxmərtəbəli binalardan ibarət qəsəbə və yaşayış komplekslərinin layihə-smeta sənədləri hazırlanıb.

Bu isə o deməkdir ki, yaxın vaxtlarda mənzil-məişət problemi həll edilən məcburi köçkünlərin sayı daha da artacaq. Bütün bunlar bir daha sözügedən kateqoriyadan olan insanlara yüksək diqqət və qayğının real təzahürləridir.

 

Elçin CƏFƏROV

 

Azərbaycan.- 2019.- 11 aprel.- S. 1; 8.