Milli Məclisin mədəniyyət komitəsinin iclası keçirilib

 

Aprelin 10-da Milli Məclisin mədəniyyət komitəsinin iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, komitənin sədr müavini Jalə Əliyeva əvvəlcə aprel ayında baş verən, ölkəmiz üçün əhəmiyyətli olan bir neçə hadisə barədə danışıb. Bildirib ki, aprel ayı Azərbaycan tarixinə qızıl hərflərlə həkk olunub. 2016-cı ilin Aprel zəfəri tariximizin şanlı səhifələrindən biri oldu. Prezident, Ali Baş Komandan İlham Əliyevin iradəsi və qətiyyəti, şanlı ordumuzun qələbə əzmi sayəsində bayrağımızı düşmən tapdağından azad olunmuş torpaqlarımıza sancdıq.

Bundan başqa, aprel ayını hər birimiz üçün mühüm edən daha bir başlıca amil bir il əvvəl aprelin 11-də ölkədə keçirilən növbəti prezident seçkiləridir. Ötən il Azərbaycan bir daha dünyaya xalq-iqtidar birliyini, prezident-vətəndaş həmrəyliyini sübut etdi. Təsadüfi deyil ki, son bir il tariximizdə islahatlar ili kimi yadda qalıb. Bu islahatların təməlində isə, əlbəttə ki, insan amili dayanır. Sosial-iqtisadi sahədə atılan hər bir addım, imzalanan hər bir Fərman Sərəncam Azərbaycan vətəndaşının daha yaxşı yaşamasına hesablanıb.

Jalə Əliyeva vurğulayıb ki, aprel ayını bizim üçün əhəmiyyətli edən hadisələrdən danışarkən bir neçə gün əvvəl on milyonuncu vətəndaşımızın dünyaya gəlməsini qeyd etmək lazımdır. Bu hadisə hər birimizi çox sevindirdi.

Sonra gündəlikdə duran məsələlərə baxılıb.

İctimai Televiziya Radio Yayımları Şirkəti Yayım Şurasının üzvlüyünə namizədlikləri irəli sürülmüş şəxslərin təyin edilməsi məsələsi müzakirə olunub. İclasda iştirak edən Milli Televiziya Radio Şurasının sədri Nuşirəvan Məhərrəmov bildirib ki, "İctimai televiziya radio yayımı haqqındaQanunun 17.4-cü maddəsinə uyğun olaraq İctimai Televiziya Radio Yayımları Şirkəti Yayım Şurasına idman federasiyaları, dini konfessiyalar yaradıcılıq təşkilatları tərəfindən irəli sürülmüş namizədlərin 2019-cu il aprelin 19-da altıillik səlahiyyət müddətinin başa çatması ilə əlaqədar yeni namizədlərin irəli sürülməsi ilə bağlı Milli Televiziya Radio Şurası tərəfindən "Milli Televiziya Radio Şurası haqqında Əsasnamə”nin 7.4-cü, "İctimai televiziya radio yayımı haqqındaQanunun tətbiq edilməsi barədəAzərbaycan Respublikası Prezidentinin Fərmanının 3.1-1-ci bəndinə müvafiq olaraq təşkilati tədbirlər görülüb. 2019-cu ilin mart ayında keçirilmiş iclaslar nəticəsində 5 şəxs İctimai Televiziya Radio yayımları Şirkəti Yayım Şurasına namizəd seçilib. İrəli sürülmüş namizədlər arasından hər təşkilatdan bir nəfər olmaqla 6 il müddətinə təsdiq ediləcək.

Deputatlar Hüseynbala Mirələmov, Elmira Süleymanova, Ziyad Səmədzadə, Novruz Aslan, Gövhər Baxşəliyeva namizədlər barədə fikirlərini söyləyib, onların fəaliyyətini müsbət dəyərləndiriblər.

Sonra namizədlərin plenar iclasa tövsiyə olunması üçün səsvermə keçirilib. Komitə üzvləri təqdim olunan şəxslərin namizədliklərini dəstəkləyiblər.

 

Azərbaycan.- 2019.- 11 aprel.- S. 10.