“Azərbaycan Respublikası Silahlı Qüvvələri
Ali Baş
Komandanının bayrağı haqqında Əsasnamə”nin və
“Azərbaycan Respublikası Silahlı Qüvvələri Ali Baş
Komandanının bayrağının təsviri”nin təsdiq
edilməsi barədə
Azərbaycan Respublikası
Prezidentinin Fərmanı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq qərara alıram:
1. "Azərbaycan
Respublikası Silahlı
Qüvvələri Ali Baş
Komandanının bayrağı
haqqında Əsasnamə”
təsdiq edilsin (əlavə olunur).
2. "Azərbaycan
Respublikası Silahlı
Qüvvələri Ali Baş
Komandanının bayrağının
təsviri” təsdiq edilsin (əlavə olunur).
3. Azərbaycan Respublikasının Nazirlər
Kabineti:
3.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu fərmana uyğunlaşdırılması
ilə bağlı təkliflərini üç
ay müddətində hazırlayıb
Azərbaycan Respublikasının
Prezidentinə təqdim
etsin;
3.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını üç ay müddətində
təmin edib Azərbaycan Respublikasının
Prezidentinə məlumat
versin;
3.3. mərkəzi
icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın
və bunun icrası barədə beş ay müddətində
Azərbaycan Respublikasının
Prezidentinə məlumat
versin;
3.4. bu
fərmandan irəli gələn digər məsələləri həll
etsin.
4. Azərbaycan
Respublikasının Ədliyyə
Nazirliyi mərkəzi
icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının
Nazirlər Kabinetinə
məlumat versin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
11 aprel 2019-cu il
Azərbaycan.- 2019.-12 aprel.- S.1.