"Prezident İlham
Əliyevlə görüş mənim üçün böyük
şərəf idi"
Valentina Matviyenko Birinci vitse-prezident
Mehriban Əliyeva ilə Azərbaycan-Rusiya əlaqələrinin
gələcək inkişafına dair fikir mübadiləsi
apardı
Aprelin 12-də Azərbaycan
Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva
ölkəmizdə rəsmi səfərdə olan Rusiya
Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri
Valentina Matviyenko ilə görüşüb.
AZƏRTAC xəbər
verir ki, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Rusiya Federasiyası Federal Məclisi
Federasiya Şurasının
sədri Valentina Matviyenkonu Azərbaycanda səmimi qəlbdən salamlayaraq, onun ölkəmizdə hər
zaman arzuedilən qonaq olduğunu dedi. Mehriban Əliyeva rusiyalı
qonağı yubileyi və təltif edildiyi mükafatlar münasibətilə təbrik
etdi, Valentina Matviyenkoya möhkəm cansağlığı, gələcək
fəaliyyətində yeni
nailiyyətlər arzuladı.
Birinci vitse-prezident Rusiya Federal Məclisi Federasiya Şurası sədrinin gördüyü
işlərin əhəmiyyətini
xüsusi vurğuladı,
bu fəaliyyətin Azərbaycan ilə Rusiya arasında dostluq əlaqələrinin
daha da möhkəmlənməsinə
mühüm töhfə
olduğunu dedi.
Azərbaycanda yenidən olmaqdan məmnunluğunu ifadə
edən Valentina Matviyenko, ölkəmizə
həmişə xoş
niyyətlə gəldiyini
söylədi. Qonaq Azərbaycanda
göstərilən qonaqpərvərliyə və diqqətə
görə minnətdarlığını bildirdi.
Rusiya Federasiyası Federal
Məclisi Federasiya Şurasının sədri
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə görüşdüyünü,
bu görüşün
onun üçün böyük şərəf olduğunu
bildirdi. Qonaq Prezident İlham Əliyev
ilə Azərbaycan-Rusiya əlaqələrinin gələcək
inkişafına dair fikir
mübadiləsinin aparıldığını qeyd etdi.
Azərbaycan.-
2019.-13 aprel.- S.2.