Astara rayonunun Diqo, Dolu və Sekaşan kəndlərinin
elektrik enerjisi ilə
təchizatı haqqında
Azərbaycan Respublikası Prezidentinin
Sərəncamı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər
tutaraq qərara alıram:
1. Astara rayonunun Diqo, Dolu və
Sekaşan kəndlərinin elektrik enerjisi ilə təchizatını
təmin etmək məqsədi ilə Azərbaycan
Respublikasının 2019-cu il dövlət büdcəsində
nəzərdə tutulmuş Azərbaycan Respublikası
Prezidentinin Ehtiyat Fondundan "Azərişıq” Açıq
Səhmdar Cəmiyyətinə 1,5 milyon (bir milyon beş
yüz min) manat ayrılsın.
2. Azərbaycan Respublikasının
Maliyyə Nazirliyi bu sərəncamın 1-ci hissəsində
göstərilən məbləğdə maliyyələşməni
təmin etsin.
İlham
ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri,
12 aprel 2019-cu il
Azərbaycan.-
2019.- 13 aprel.- S.1.