Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli 1138 nömrəli
Fərmanı ilə təsdiq edilmiş
“Azərbaycan Respublikasında kənd təsərrüfatı
məhsullarının istehsalına və emalına dair Strateji Yol
Xəritəsi”ndə dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası
Prezidentinin Fərmanı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq,
"Kənd təsərrüfatına
dövlət dəstəyinin
və aqrar sahədə lizinq fəaliyyətinin təkmilləşdirilməsi
haqqında” Azərbaycan
Respublikası Prezidentinin
2018-ci il 19 dekabr tarixli 413 nömrəli Fərmanına
uyğun olaraq qərara alıram:
Azərbaycan Respublikası
Prezidentinin 2016-cı il
6 dekabr tarixli 1138 nömrəli Fərmanı
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2016, ¹ 12, maddə 2056; 2017, ¹ 8, maddə 1521, ¹ 10, maddə
1777; 2018, ¹ 5, maddə 920, ¹ 6, maddə 1196, ¹ 7 (I kitab), maddələr 1496, 1506, ¹ 11, maddə
2287; Azərbaycan Respublikası
Prezidentinin 2019-cu il 7 fevral tarixli 519 nömrəli və 22 fevral tarixli 537 nömrəli fərmanları)
ilə təsdiq edilmiş "Azərbaycan
Respublikasında kənd
təsərrüfatı məhsullarının
istehsalına və emalına dair Strateji Yol Xəritəsi”ndə
aşağıdakı dəyişikliklər
edilsin:
1. "7. Strateji hədəflər” hissəsi
üzrə:
1.1. 7.2.2-ci yarımbəndin
"Tədbir 2.2.1: İntensiv
ferma modeli əsasında iri heyvandarlıq komplekslərinin
yaradılmasının təşviqi”
abzasında "Aqrolizinq”
ASC” sözləri "Azərbaycan
Respublikasının Kənd
Təsərrüfatı Nazirliyi
yanında Aqrar Kredit və İnkişaf Agentliyi” sözləri ilə əvəz edilsin;
1.2. 7.4.2-ci yarımbəndin
"Tədbir 4.2.3: Müasir
suvarma sistemlərinin tətbiqinin genişləndirilməsi”
abzasının birinci
cümləsində "Aqrolizinq”
ASC xətti ilə lizinqə” sözləri
"Lizinqə” sözü
ilə əvəz edilsin;
1.3. 7.4.3-cü yarımbəndin
"Tədbir 4.3.3: Aqroservis
xidmətləri bazarının
inkişaf etdirilməsi”
abzasının ikinci cümləsindən "Aqrolizinq”
ASC-nin, eləcə də” sözləri çıxarılsın.
2. "10. Tədbirlər
planı” hissəsi üzrə:
2.1. 4.2.3-cü yarımbəndin
"Digər icraçılar/Tövsiyə” sütunundan
"Aqrolizinq” ASC,” sözləri
çıxarılsın, "Əsas icraçı” sütununa "Kənd Təsərrüfatı Nazirliyi”
sözlərindən sonra
", Azərbaycan Meliorasiya
və Su Təsərrüfatı
ASC” sözləri əlavə
edilsin;
2.2. 4.3.1 - 4.3.3-cü yarımbəndlərin
"Digər icraçılar/Tövsiyə” sütunundan
"Kənd Təsərrüfatı
Nazirliyi,” sözləri
çıxarılsın və
həmin yarımbəndlərin
"Əsas icraçı”
sütununda "Aqrolizinq”
ASC” sözləri "Kənd
Təsərrüfatı Nazirliyi”
sözləri ilə əvəz edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
12 aprel 2019-cu il
Azərbaycan.- 2019.-13 aprel.-
S.3.