“Qriqorian kilsəsi Səfəvilər
dövlətinə qarşı casusluq aləti
kimi” kitabı ingilis
dilində
Azərbaycan Dövlət Tərcümə Mərkəzi erməni xislətinin tarixi gizlinlərini üzə çıxaran “Qriqorian kilsəsi Səfəvilər dövlətinə qarşı casusluq aləti kimi” kitabını (müəllif – akademik Ramiz Mehdiyev) ingilis dilində nəşr edib.
Tərcümə Mərkəzindən AZƏRTAC-a bildirilib ki, Qriqorian kilsəsinin Səfəvilər dövlətinə qarşı siyasi-ideoloji fəaliyyətinin araşdırılması istiqamətində ilk elmi tədqiqat işi olan əsər dövrün mənzərəsini, siyasi-ictimai proseslərin alt qatında baş verənləri ardıcıl şəkildə, tarixi dəlillər və faktlarla əks etdirir, XVII–XVIII əsrlərdə Vatikan tərəfindən Səfəvilər dövlətinə qarşı yönəldilmiş ideoloji casusluq fəaliyyəti, Qriqorian kilsəsinin bu çirkin oyunlarda katolik missiyalarla əlaqəsi, eləcə də Səfəvi şahlarının törədilən təxribatlara qarşı mübarizəsi maraqlı təhlillərlə işıqlandırılır.
Kitab –
tarixçilər, politoloq və şərqşünaslar,
eləcə də Səfəvilər dövlətinin, Qriqorian kilsəsinin tarixi
ilə maraqlananlar üçün
qiymətli elmi mənbədir.
Azərbaycan.-
2019.- 13 aprel.- S.4.