Azərbaycanda kosmik elmin və sənayenin inkişafı uğurla davam edir

 

Aprelin 12-də Müdafiə Sənayesi Nazirliyinin (MSN) Milli Aerokosmik Agentliyində (MAKA) Dünya AviasiyaKosmonavtika Günü ilə əlaqədar tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, Müdafiə Sənayesi Nazirliyinin təşkilatçılığı ilə keçirilən tədbirin iştirakçıları əvvəlcə agentliyin binasında ulu öndər Heydər Əliyevin büstü önünə əklil və gül dəstələri qoyaraq ümummilli liderin xatirəsinə ehtiramlarını bildiriblər.

Tədbiri açan Milli Aerokosmik Agentliyinin baş direktoru, professor Natiq Cavadov vurğulayıb ki, aprelin 12-si bütün dünyada, eləcə də Azərbaycanda AviasiyaKosmonavtika Günü kimi qeyd edilir. Ölkəmizdə də kosmik sahə ilə əlaqədar önəmli işlər görülür. Azərbaycanda kosmik sahənin inkişafında akademik Tofiq İsmayılovun mühüm xidmətləri var.

Müdafiə sənayesi nazirinin müavini Tofiq Rəfiyev nazirliyin rəhbərliyi adından Dünya AviasiyaKosmonavtika Günü münasibətilə kollektivi təbrik edib. Tofiq Rəfiyev deyib ki, kosmik sahədəki nailiyyətlər dünyada kosmik elminin və sənayesinin inkişafına böyük təkan verib. Bu sahədə yeni elmistehsalat sahələri yaranıb. Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 1974-cü ildən Azərbaycan Elmlər Akademiyasının tərkibində "KaspiElmi Mərkəzinin yaradılması ölkəmizdə yeni elm sahəsinin və milli kadrlar məktəbinin formalaşmasına imkan verib. Belə milli kadrlardan biri də "KaspiElmi Mərkəzinin ilk baş direktoru, bu qurumun inkişafında böyük əməyi olan Tofiq İsmayılov idi. Böyük alim və təşkilatçı olan T.İsmayılov SSRİ-nin aparıcı elmi mərkəzləri ilə qısa müddətdə sıx əlaqələr yaradıb, birgə elmi tədqiqat işləri aparıb. Onun rəhbərliyi dövründə təşkilat inkişaf edibagentlik statusuna qədər yüksəlib.

Nazir müavini qeyd edib ki, son 15 ildə müstəqil respublikamızın kosmik sənayesi ulu öndər Heydər Əliyev ideyalarının layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə sürətlə inkişaf edirbu sahədə mühüm uğurlar əldə olunub. Dövlət başçısının 2009-cu il 17 avqust tarixli sərəncamı ilə təsdiq olunan "Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və inkişafı üzrə Dövlət Proqramı”nda əsas vəzifələr dəqiq müəyyənləşdirildi. Respublikamızda digər qurumlarla yanaşı, Müdafiə Sənayesi Nazirliyinin, o cümlədən 2006-cı ildən nazirliyin tabeliyində fəaliyyət göstərən Milli Aerokosmik Agentliyin qarşısında konkret vəzifələr qoyulubbu istiqamətdə müvafiq tədbirlər həyata keçirilib. Əminik ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasət nəticəsində digər istiqamətlərlə yanaşı, kosmik sənaye sahəsində də mühüm uğurlara imza atılacaq, Azərbaycanın adı qabaqcıl kosmik ölkələrin sırasında olacaq.

Sonra Tofiq İsmayılovun kabinet-muzeyinin əsaslı təmir və yenidənqurmadan sonra açılışı olub.

 

Azərbaycan.- 2019.- 13 aprel.- S.4.