“Səfəvilər: paralellər... ehtimallar...
həqiqətlər”
Tədqiqatçı Araz Şəhrilinin (Abbasov) yenicə çapdan çıxmış "Səfəvilər: paralellər... ehtimallar... həqiqətlər” kitabı tarixi hadisələrin və tarixi şəxsiyyətlərin talelərinin müəyyən qanunauyğunluqlar əsasında zaman-zaman təkrarlanmasından bəhs edir. Əsər tarixə yeni baxış təklif edir, qəlibləşmiş stereotipləri sındırır. Əsas deviz isə belədir: Tarix təkrarlanır!
Əsərin əsas obrazı Azərbaycan tarixinin şanlı səhifələrindən olan Səfəvilər dövlətinin qurucusu, hökmdar, sərkərdə, döyüşçü, mürşid, filosof, şair, Azərbaycan dilini ilk dəfə dövlət dili səviyyəsinə qaldırmış Şah İsmayıl Xətaidir!
Araz
Şəhrili araşdırmasında bir
sıra tarixi məqamlara aydınlıq gətirməyə
çalışmışdır: Görəsən, Böyük Kiri, Romulu, Buddanı, Parfiya
Ərsakilərini, Məhəmməd Peyğəmbəri,
göy-türklərin Aşina soyunu, Osmanlı nəslini və Şah İsmayılı bir-birinə nə
bağlayır? Azərbaycanın Salyan,
Bankə, Qapan, İrəvan kimi qədim yaşayış məntəqələrinin
adları niyə uzaq Nepalda
təkrarlanır? Ələm, ulduz, xaç, günəş, şir
rəmzləri nəyi ifadə edir? Haylar əzəli türk
torpaqlarına hansı ölkələrdən gəliblər?
Oxucu bu kimi suallara Araz
Şəhrilinin kitabında
cavab tapa bilər.
Elmi olsa da, geniş
oxucu kütləsinə
ünvanlanan və birnəfəsə oxunan bu əsərlə müəllif tarixin qaranlıq səhifələrinə
işıq salmağa,
onun dərin qatlarında arayıb-axtardığı
gizlinləri, sirləri
fərqli üsullarla üzə çıxarmağa
çalışır və
çox vaxt istədiyinə nail olur. Əsərin süjet xətti oxucunu addım-addım tarixin dərinliklərinə
dalmağa, hadisələrin
axarının onu hara aparacağını düşünməyə sövq
edir.
Azərbaycan.- 2019.- 13 aprel.- S.8.