Ağcabədidə Azərbaycanın
Milli Qəhrəmanı
Sadıq Hüseynovun büstünün açılışı
olub
Ağcabədi rayonu Xocavənd kənd 1 nömrəli tam
orta məktəbdə
Azərbaycanın Milli
Qəhrəmanı şəhid
Sadıq Hüseynovun büstünün açılışı
olub.
AZƏRTAC xəbər
verir ki, şəhidin ailə üzvlərinin, döyüş
yoldaşlarının, rayon ictimaiyyətinin nümayəndələrinin
iştirak etdiyi mərasimdə əvvəlcə
Azərbaycanın Dövlət
himni səsləndirilib,
respublikamızın müstəqilliyi
və ərazi bütövlüyü uğrunda
canından keçən
vətən övladlarının
xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra tədbir
iştirakçıları Milli Qəhrəmanın büstü önünə
əklil və tər qərənfillər
qoyublar.
Tədbirdə Ağcabədi
Rayon İcra Hakimiyyəti
başçısının birinci müavini, Yeni Azərbaycan Partiyası rayon təşkilatının
sədri Rövşən
Əhmədov, rayon Ağsaqqallar
Şurasının sədri
Əlizadə Nəcəfov,
şəhidin ailə
üzvləri və döyüş yoldaşları
çıxış edərək
onun mənalı həyat və qəhrəmanlıqla dolu
döyüş yolundan
danışıblar. Məlumat
verilib ki, Hüseynov Sadıq Dayandur oğlu 1969-cu il iyulun
29-da Ağcabədi rayonunun
Xocavənd kəndində
anadan olub. 1989-cu ildə Şuşa
şəhərində polis şöbəsinin sahə
müvəkkili kimi işə başlayıb.
Ermənilərin torpaqlarımıza qarşı təcavüzü
başlayanda polis əməkdaşı
olaraq döyüşlərə
qatılıb. 1992-ci il martın 29-da döyüşlərdən birində
ağır yaralansa da, silahını yerə qoymayıb. 1992-ci il aprelin
13-də erməni silahlı
dəstələrinin Şuşanı
raket atəşinə
tutması zamanı döyüş yoldaşlarını
xilas edərkən qəhrəmancasına həlak
olub. Azərbaycan Respublikası Prezidentinin
1992-ci il 8 oktyabr tarixli fərmanı ilə ölümündən sonra
"Azərbaycanın Milli
Qəhrəmanı” adına
layiq görülüb.
Təhsil aldığı Xocavənd kənd tam orta məktəbi onun adını daşıyır.
Çıxışlarda şəhid ailələrinə
göstərilən dövlət
qayğısından bəhs
edilib, gənclərin
vətənpərvərlik ruhunun yüksəldilməsində
tədbirin əhəmiyyəti
yüksək qiymətləndirilib.
Sonda məktəblilərin ifasında
kompozisiya nümayiş
olunub. Kompozisiyada Azərbaycan Ordusunun
mübarizliyi, mərd
oğulların vətənin
azadlığını və
ərazi bütövlüyünü
canlarından üstün
tutması, ordu ilə xalqın birliyi tərənnüm edilib.
Azərbaycan.- 2019.-14 aprel.- S. 3.