Həyatın kölgəsi

 

Kino

 

Kino XIX əsrin ən möhtəşəm kəşfidir. 1895-ci ildə meydana gəlmiş və həmin dövrün bütün texniki yeniliklərindən daha çox bəşəriyyətin diqqətini çəkmişdir.

1895-ci il martın 22-də əslən fransız fotoqraf, sonralar isə kinematoqrafiyanın banisi olan Lui Jan Lümyer "Lümyerin Monplezir və Liondakı fabrikindən fəhlələrin çıxması” kadrını tamaşaçılara göstərmişdir. Bu kiçik kadr insanların böyük marağına səbəb olmuşdur. Həmin ilin yayında Lümyer 10-dan artıq qısa süjetlər çəkmiş və kinonun nadir tapıntı olduğunu cəmiyyətə sübut etmişdir. O, qardaşı Oqüstlə birlikdə Parisin Kapusinlər bulvarında həmin filmlərə ictimai baxış keçirmişdir. Bu kinoseans tamaşaçıların gördüyü ən sensasiyalı bir baxış olmuşdu. Həmin gündünya kinosunun yaranması kimi tarixə düşmüşdür.

 

Səssiz kadrlar və qısa filmlər

 

Lümyer qardaşlarının çəkdikləri səssiz kadrlar ilk vaxtlar kütlə tərəfindən böyük maraq doğursa da, təsvirlər hərəkət edən fotoları xatırladırdı. Həmin illərdə rəngsiz, boz kinosüjetlərə baxan görkəmli rus yazıçısı Maksim Qorki "ağ-qarakinonu "həyatın kölgəsi” adlandırmışdır.

Bir müddət sonra Lümyer qardaşları insanların diqqətini çəkə biləcək daha məzmunlu, real faktlar üzərində qısa filmlər yaratmağı qərara almışlar. Həmin filmlərdə musiqi səsləri xüsusilə seçilirdi. Onlar 1897-ci ildə bir neçə kinooperator hazırlayaraq müxtəlif ölkələrə süjet çəkməyə göndərmişlər. Operator sənəti də məhz belə yaranmışdır.

Müxtəlif ölkələrə göndərilən operatorlar rejissorsuz, aktyorsuz çəkdikləri real həyat kadrlarını kinoteatrlarda nümayiş etdirməyə başlamışlar. Xronikal lentlər içərisində daha çox diqqət çəkən "Suçunun sulanması” (1895) süjetində göstərilən insanların xarakterik cəhətləri, yumoristik elementlər tamaşaçıları daha çox əyləndirmişdi. Kinosüjetdə əks olunan insanların obrazlılığı kinematoqrafçıları bədii yaradıcılıq axtarışına sövq edirdi. Onlar artıq tamaşaçısını təəccübləndirə biləcək informasiya xarakterli süjetlər çəkməyə başlamışdılar. Bununla da sənədli, tədricən isə bədii kinonun özülü qoyulmuşdu. Kommersiya mənbəyi kimi ixtira olunan kino getdikcə incəsənətə xidmət etməyə başlamışdır.

 

Kinematoqrafik tryuklar

 

Teatr rejissoru, aktyor, qəzet karikaturaçısı və ən nəhayət, əyləncəli attraksionlarda texniki konstruktor kimi çalışan Melyes Lümyer qardaşlarından 1907-ci ildə ixtira edilən rəngli fotoqraf adlandırılan (Aftoxrom) aparatını alaraq ilk dəfə kamera ilə kinematoqrafik tryukları çəkməyi kəşf etmişdi. Bundan sonra o, montaj kinosu üslubunda bir-birinin ardınca sirk səhnələrini, teatr tamaşalarını ekranlaşdırmışdı. Onun çəkdiyi ümumiiri planlarda olan obrazlılıq təəssüratı tamaşaçıların kinoya olan marağını qat-qat artırmışdı. "Qırmızı papaq”, "Göy saqqal”, "Janna d,Ark” "Faost” tamaşalarının ekran variantı insanları son dərəcə heyrətə gətirmiş, kinoya isə bədiilik vermişdir.

1908-ci ildə ədəbiyyat, teatr xadimləri bədii kino anlayışına cavab olaraq "Film d Ar” cəmiyyətini yaradırlar. Bu cəmiyyət kinonun yalnız əyləncə və xəbər daşıyıcısı deyil, sözün həqiqi mənasında, ədəbi və mədəni mühitin dirçəlişi, estetik zövqlərin zənginləşməsini təmin edən sənət növü olduğunu sübut etmişdir.

1930-cu illərdən Fransa kinosunda artıq avanqard kinematoqrafçı ordusu yaranmışdı. Nəhəng "Pate” və "Qomon” kinoşirkətləri bütün dünyada baş verən sensasiyalı xəbərləri əks etdirən xronikal filmlər çəkir, unikal lentlərin əldə edilməsi üçün bütün ölkələrə öz kinooperatorlarını göndərirdilər. Çox maraqlıdır ki, fransız firmasının kinematoqrafçıları Rusiyada on il fəaliyyət göstərmişlər. Bu illər ərzində onlar Don kazaklarının həyatından, Həştərxan balıqçılarından, Bakıda neft hasilatından və s. bəhs edən müxtəlif mövzuda filmlər çəkmişlər. Bakıda yaşayan nasirfotoqraf Aleksandr Mixayloviç Moşon da dünyanın diqqətini çəkən "Bibiheybətdə neft fantanı yanğını” və "Balaxanıda neft fantanı” kadrlarını 1898-ci ildə Fransada keçirilən dünya sərgisində nümayiş etdirmək üçün aparmışdır. Lümyer qardaşlarının diqqətini çəkən unikal kadrlar Fransa kino arxivində uzun illər qorunub saxlanılmışdır. Həmin xronikal kadrlar 2001-ci ildə Dövlət Film Fondu rəhbərliyinin təşəbbüsü ilə Fransadan Azərbaycana gətirilmişdir.

XIX əsrin əvvəllərində kino, janr, mövzu cərəyan baxımından, yəni bədii təsvir vasitələrinə görə artıq incəsənət növünə çevrilmişdi. Vestern - "Qatar oğurluğu” (1903), romantika - "RomeoCülyetta” (1905), komediya - "Uşaq” (1920), "Əndəluz köpəyi” (1928) və s. janrlarda ekran əsərləri meydana gəlmişdi. Amerikada Hollivud kino imperiyasının rejissorları qanster, dedektiv, triller janrlı kommersiya filmləri çəkməyə başlamışdılar. Bu da əsasən qazanc əldə etmək məqsədi daşıyırdı. Ötən əsrin 60-70-ci illəri isə dünya kinosunun intibah, eyni zamanda klassik kino yaradıcılığının sonu kimi yadda qalmışdı.

 

Yeniləşən filmlər

 

Kino bu gün də tamaşaçılarını rəngarəng, tez-tez yeniləşən filmləri ilə həm heyran qoyur, həm də təəccübləndirir. Kino mütəxəssislərinin araşdırmalarına görə, hazırda bütün dünyada ən bahalı ssenari "Xaç atası” filmidir. Onun aktyor Marlon Brandoya təqdim olunan 173 səhifəlik ssenarisi 2005-ci ildə 312 min dollara satılmışdı.

"Oskar” alan ilk remeyk film "Dönüklər” 2006-cı ildə çəkilmişdir. Bu, Çin istehsalı olan "İkiqat qalaqurmafilminin yeni variantıdır. Lakin orijinaldan fərqli olaraq "Dönüklər” "Oskar” mükafatını almışdır.

Qısa müddətdə rekord kassa gəliri əldə edən "Forsaj 7” (2015) filmi isə premyeradan sonrakı 17 gün ərzində dünya kinoteatrlarında 1 milyard dollar qazanmışdır. Lakin bu yaxınlarda təqdim olunan "Yura dövrünün parkıfilmi bir həftə ərzində 512 milyon dollar əldə etmişdir. Onun "Forsaj”ı keçəcəyi gözlənilir.

Ən bahalı film "Karib dənizinin quldurları: dünyanın sonufilmidir. Bu film 2007-ci ildə 300 milyon dollara çəkilib. Gəliri isə 960 milyon dollar olub.

1939-cu ildə çəkilən "Öz möcüzələr diyarıfilmindəki aktrisa Cudi Qarlindin geyindiyi ayaqqabılar 2000-ci ildə 666 min dollara satılmışdır.

"Katiblər-2” adlı ən uzun titrli filmin sonunda 163 min 70 insanın adı yazılmışdı.

Ən çox adam "öldürən” film "Üzüklərin hökmdarı: kralın qayıdışı”dır. 2003-cü ildə çəkilən filmdə 836 obraz öldürülür. İkinci yerdə isə eyni filmin növbəti hissəsi gəlir: 468 qəhrəman. Ən genişmiqyaslı döyüş səhnəsi bu filmdədir. Burada 200 min insan döyüşür.

Ən izdihamlı səhnə "Qandifilmi 1982-ci ildə çəkilib. Bu filmin son səhnəsində 300 min insan iştirak edib.

Ən çox dağıntı olan təqib səhnəsi "Xırdavatçıfilmindədir. Təqib səhnəsinin çəkilməsi üçün 150 nəqliyyat vasitəsi dağıdılıb. Onların arasında iki təyyarə olub.

Ən bahalı poster (plakat) 2005-ci ildə London qalereyasında nümayiş etdirilən "Metropolis” (1927) filmi olmuşdur. Onun orijinal posteri 690 min dollara satılmışdır.

"Oskar” alan ən qısa adlı film "Z” adlanır. Film 1969-cu ildə çəkilmişdir.

Ən çox söyüş olan film "And içməadlanır. 2014-cü ildə çəkilən filmdə 112 dəqiqədə 868 dəfə söyüş eşidilir.

Hollivudda çəkilən ilk film rejissor D.V.Qrifitin çəkdiyi "Köhnə Kaliforniyada” (1910) adlanır.

Ən gəlirli idman filmi isə "Rokki”dir. 1976-2006-cı illərdə çəkilən bu filmin altı hissəsi ümumilikdə 1 milyard 251 milyon dollar qazanıb.

 

İradə ƏLİYEVA

 

Azərbaycan.- 2019.- 14 aprel.- S.5.