“Böyük terror”
dövrünün amansız aksiyaları
İ.Stalinin həyata keşirdiyi repressiya dövrü sovet tarixinin ən gərgin və unudulmaz bir mərhələsini təşkil edirdi.
O, bütün düşünən başları məhv edirdi. İlk olaraq Trotski ilə mübarizəyə başlayır, onu SSRİ-dən çıxarır. Həmin vaxt "akademiklər gəmisi” deyilən bir ifadə yaranmışdı. Bu o demək idi ki, 1928-ci ildə Stalin onun əleyhinə olan, onun kimi düşünməyən professor, alim, bir sözlə, ziyalı təbəqəsini bir gəmiyə yığaraq ölkədən çıxarır. Müəyyən insanlar vardı ki, öz fikirlərini açıq yox, dolayı yollarla bildirirdilər. Stalin bunları sonrakı mərhələyə saxlayırdı. Həmin mərhələdə, yəni 1934-cü ildə Kamenev, Zinovyev, Buxarin kənarlaşdırıldı. 1932-ci ildə Stalin artıq şəxsi torpaq sahəsi olan insanları qolçomaq adı ilə "Qulaq” edib bütün torpaqlarını əllərindən alırdı.
Kalininlə Molotovun arvadlarını həbs etdirdikdən sonra Stalin onların ərlərinə mükafatlar verir.
***
1934-cü il
yanvarın 26-da partiyanın XVII qurultayında Stalin
tərəfindən antisovet qüvvələrə
qarşı mübarizənin konsepsiyası bəyan edilmişdi. Həmin qurultayda
Lavrenti Beriyanın
çıxışı yaddaqalan olmuş və alqışlarla
qarşılanmışdı. Sonrakı illərdə bu qurultayın 1966
iştirakçısından 1108-i, o
cümlədən MK-nın 139 üzvündən 98-i güllələnmişdi.
Azərbaycan.- 2019.- 14 aprel.- S.6.