Üzeyir Hacıbəyli haqqında erməni donosu
1937-ci ildə Azərbaycan Dövlət Filarmoniyası Həmkarlar Komitəsinin sədri Akopyan Moskvaya göndərdiyi məktubda yazırdı: "...Ü.Hacıbəyov rəhbərlik etdiyi dövlət xor kollektivinə digər təhsil ocaqlarından qovulmuş yad ünsürləri cəlb edir.
Məsələn, Q.Əmiraslanova iri neft sənayeçisi olmuş sinfi düşmənin qızıdır. S.Məmmədbəylinin atası xalq düşməni kimi güllələnmiş polkovnikdir. Ü.Hacıbəyov Müsavat hakimiyyəti dövründə "Ordan-burdan” adlı qəzet çıxarmışdır. Əməkdar incəsənət xadimi İonesyanın söylədiyinə görə, həmin qəzetin bir nüsxəsi xalq artisti Sarabskidədir (bir erməni o biri ermənini şahid göstərir). Ü.Hacıbəyovun qardaşı Müsavat Partiyasının üzvü olmuşdur. Bolşeviklər Bakıya daxil olanda o, İrana qaçmışdır. Fransada yaşayan qardaşına yeddi il pul göndərmişdir. Bütün bunları, eləcə də onun Naxçıvan MSSR-də SSRİ Ali Sovetinin Millətlər Sovetinə deputatlığa namizədliyinin irəli sürülməsini nəzərə alaraq sizdən xahiş edirik ki, Ü.Hacıbəyovun tərcümeyi-halını hərtərəfli yoxlayasınız və onun əsl simasını aşkara çıxarasınız”.
O zaman Moskva məktubdakı faktların araşdırılması üçün onu Bakıya - Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsinin sədri işləyən Y.Sumbatova göndərir. Sumbatov apardığı araşdırmalardan sonra Ü.Hacıbəylinin deputatlığa namizədliyinin geri götürülməsini təklif edir.
Mircəfər
Bağırov bu təklifi rədd edir və Ü.Hacıbəyli deputat
seçilməklə təqiblərdən, həbsdən xilas olur.
Azərbaycan.- 2019.- 14 aprel.- S.6.