“Vəkillər və vəkillik fəaliyyəti
haqqında” Azərbaycan Respublikasının Qanununda
dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının
Qanunu
Azərbaycan Respublikasının
Milli Məclisi Azərbaycan Respublikası
Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin
5-ci bəndini rəhbər
tutaraq qərara alır:
"Vəkillər
və vəkillik fəaliyyəti haqqında”
Azərbaycan Respublikasının
Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2000, ¹ 1, maddə
19; 2001, ¹ 12, maddə 736; 2004, ¹ 2, maddə 57, ¹ 3, maddə
133, ¹ 8, maddə 599, ¹ 10, maddə
787; 2005, ¹ 8, maddə 686; 2006, ¹ 12, maddə 1005; 2007, ¹ 4, maddə
322; 2009, ¹ 7, maddə 517, ¹ 11, maddə 878; 2010, ¹ 5, maddə
375; 2011, ¹ 2, maddə 71, ¹ 6, maddə 478; 2013, ¹ 11, maddə
1272; 2017, ¹ 11, maddə 1977; 2018, ¹ 2, maddə 148, ¹ 11, maddə
2194; Azərbaycan Respublikasının
2018-ci il 27 noyabr tarixli 1343-VQD nömrəli
Qanunu) aşağıdakı
dəyişikliklər edilsin:
1. 11-ci maddənin
III hissəsinin altıncı
abzasına "dövriliyini”
sözündən sonra
"(ildə bir dəfədən az olmayaraq)” sözləri əlavə edilsin.
2. 13-cü maddənin
VIII hissəsi aşağıdakı
redaksiyada verilsin:
"VIII. İxtisas
imtahanının şifahi
müsahibə mərhələsini
müvəffəqiyyətlə keçə bilməyən
şəxs həmin müsahibədən sonra bir il ərzində
keçirilən ixtisas
imtahanlarında iştirak
edə bilməz.”.
3. 24-cü maddənin
I hissəsinə aşağıdakı
məzmunda ikinci cümlə əlavə edilsin:
"Vəkillik
fəaliyyətinin bu qanunla müəyyən edilmiş hallarda dayandırıldığı dövrdə
üzvlük haqqı
ödənilmir.”.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
5 mart 2019-cu il
Azərbaycan.- 2019.- 16 aprel.- S.4.