“Beşdən çox uşağı olan qadınlara müavinətin məbləğinin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 27 dekabr tarixli 72 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, "Əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində əlavə tədbirlər haqqındaAzərbaycan Respublikası Prezidentinin 2019-cu il 25 fevral tarixli 992 nömrəli Sərəncamının icrası ilə əlaqədar qərara alıram:

1. "Beşdən çox uşağı olan qadınlara müavinətin məbləğinin müəyyən edilməsi haqqındaAzərbaycan Respublikası Prezidentinin 2013-cü il 27 dekabr tarixli 72 nömrəli Fərmanında (2013, ¹ 12, maddə 1539; 2018, ¹ 4, maddə 668 ) aşağıdakı dəyişikliklər edilsin:

1.1. adında "müavinətinsözü "sosial müavinətinsözləri ilə əvəz edilsin;

1.2. 1-ci hissədə "müavinətinsözü "sosial müavinətinsözləri ilə, "33 (otuz üç)” sözləri "55 (əlli beş)” sözləri ilə əvəz edilsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu fərmandan irəli gələn məsələləri həll etsin.

3. Bu fərman 2019-cu il aprelin 1-dən tətbiq edilir.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 15 aprel 2019-cu il

 

Azərbaycan.- 2019.-16 aprel.- S.4.