“I dərəcə əlilliyi olan
şəxslərə və ya
sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara qulluq edən
şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis
edilməsi haqqında
Azərbaycan Respublikası
Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının
109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq,
"Əhalinin sosial müdafiəsinin gücləndirilməsi
sahəsində əlavə
tədbirlər haqqında”
Azərbaycan Respublikası
Prezidentinin 2019-cu il 25
fevral tarixli 992 nömrəli Sərəncamının
icrası ilə əlaqədar qərara alıram:
1. "I dərəcə
əlilliyi olan şəxslərə və
ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara
qulluq edən şəxslərə Azərbaycan
Respublikası Prezidentinin
təqaüdü” təsis
edilsin və onun aylıq məbləği 50 manat müəyyən olunsun.
2. Müəyyən
edilsin ki, bu fərmanın 1-ci hissəsi ilə təsis edilən Azərbaycan Respublikası
Prezidentinin təqaüdü:
2.1. 2019-cu il aprelin 1-dək I dərəcə əlilliyi
olan şəxslərə
və ya sağlamlıq imkanları
məhdud 18 yaşınadək
uşaqlara münasibətdə
"Əmək pensiyaları
haqqında” Azərbaycan
Respublikasının Qanununda
nəzərdə tutulmuş
qulluq üçün
əmək pensiyasının
sığorta hissəsinə
əlavə əvəzinə
verilir;
2.2. təqaüdü
almaq hüququ olan şəxslərdən
yalnız birinə ödənilir;
2.3. bu
məqsədlər üçün
dövlət büdcəsində
Azərbaycan Respublikasının
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə
ayrılmış xərclər
hesabına həmin nazirlik tərəfindən
bu fərmanın
3.1.2-ci yarımbəndində nəzərə tutulan qaydaya uyğun olaraq ödənilir.
3. Azərbaycan Respublikasının Nazirlər
Kabineti:
3.1. bir
ay müddətində:
3.1.1. Azərbaycan
Respublikası Prezidentinin
aktlarının bu fərmana uyğunlaşdırılması
ilə bağlı təkliflərini hazırlayıb
Azərbaycan Respublikasının
Prezidentinə təqdim
etsin;
3.1.2. bu
fərmanın 1-ci hissəsi
ilə təsis edilən təqaüdün
ödənilməsi qaydasını
Azərbaycan Respublikasının
Prezidenti ilə razılaşdırmaqla təsdiq
etsin;
3.1.3. Azərbaycan
Respublikası Nazirlər
Kabinetinin normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının
Prezidentinə məlumat
versin;
3.1.4. mərkəzi
icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın
və bunun icrası barədə Azərbaycan Respublikasının
Prezidentinə məlumat
versin;
3.1.5. bu
fərmandan irəli gələn məsələləri
həll etsin.
4. Azərbaycan
Respublikasının Ədliyyə
Nazirliyi mərkəzi
icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının
Nazirlər Kabinetinə
məlumat versin.
5. Bu fərmanın
1-ci və 2-ci hissələri
2019-cu il aprelin 1-dən tətbiq edilir.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
15 aprel 2019-cu il
Azərbaycan.- 2019.-16 aprel.- S.4.