Azərbaycan Respublikası Prezidentinin “Müharibə əlillərinə
Azərbaycan Respublikası Prezidentinin təqaüdünün
təsis edilməsi haqqında” 2008-ci il 9 sentyabr tarixli 823 nömrəli
Fərmanında dəyişiklik edilməsi və “1990-cı ilin 20 Yanvar hadisələri
ilə əlaqədar əlil olmuş
şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında”
2011-ci il 19 yanvar tarixli 370 nömrəli Fərmanının ləğv
edilməsi barədə
Azərbaycan Respublikası
Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının
109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq,
"Əhalinin sosial müdafiəsinin gücləndirilməsi
sahəsində əlavə
tədbirlər haqqında”
Azərbaycan Respublikası
Prezidentinin 2019-cu il 25
fevral tarixli 992 nömrəli Sərəncamının
icrası ilə əlaqədar qərara alıram:
1. "Müharibə
əlillərinə Azərbaycan
Respublikası Prezidentinin
təqaüdünün təsis
edilməsi haqqında”
Azərbaycan Respublikası
Prezidentinin 2008-ci il 9 sentyabr tarixli 823 nömrəli Fərmanında
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2008, ¹ 9, maddə 795; 2011, ¹ 12, maddə 1140; 2013, ¹ 8, maddə
895; 2014, ¹ 3, maddə 250; 2016, ¹ 1, maddə 68; 2018, ¹ 5, maddə
937) aşağıdakı dəyişikliklər edilsin:
1.1. adında
və 1-ci hissəsində
"Müharibə əlillərinə”
sözləri "Müharibə
və ya 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərə”
sözləri ilə əvəz edilsin;
1.2. preambulada
"yetirərkən” sözündən
sonra ", habelə
1990-cı ilin 20 Yanvar
hadisələri ilə
əlaqədar” sözləri
əlavə edilsin və "əlil olan” sözləri "əlilliyi müəyyən
edilmiş” sözləri
ilə əvəz edilsin;
1.3. 1.1-ci - 1.3-cü bəndlər
aşağıdakı redaksiyada
verilsin:
"1.1. I dərəcə
əlilliyi olan şəxslərə - 250 manat;
1.2. II dərəcə
əlilliyi olan şəxslərə - 230 manat;
1.3. III dərəcə
əlilliyi olan şəxslərə - 210 manat.”;
1.4. 2-ci hissə aşağıdakı redaksiyada
verilsin:
"2. Müəyyən
edilsin ki:
2.1. bu
fərmanın 1-ci hissəsi
ilə təsis edilən təqaüdü
dövlət büdcəsində
Azərbaycan Respublikasının
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə
nəzərdə tutulmuş
xərclər hesabına
həmin nazirlik ödəyir;
2.2. bu fərmanın 1-ci hissəsi
ilə müəyyən
edilən Azərbaycan
Respublikası Prezidentinin
təqaüdlərindən yalnız biri - daha yüksəyi verilir.”.
2. "1990-cı ilin
20 Yanvar hadisələri
ilə əlaqədar
əlil olmuş şəxslərə Azərbaycan
Respublikası Prezidentinin
təqaüdünün təsis
edilməsi haqqında”
Azərbaycan Respublikası
Prezidentinin 2011-ci il 19
yanvar tarixli 370 nömrəli Fərmanı
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2011, ¹ 1, maddə 17; 2016, ¹ 1, maddə 65; 2018, ¹ 5, maddə
938) ləğv edilsin.
3. Azərbaycan
Respublikasının Nazirlər
Kabineti bu fərmandan irəli gələn məsələləri
həll etsin.
4. Bu fərman
2019-cu il aprelin 1-dən tətbiq edilir.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
15 aprel 2019-cu il
Azərbaycan.- 2019.-16 aprel.- S.4.