Xalqdan dəstək alan siyasət
"Opinion Way”
şirkətinin sorğusu bir
daha göstərdi ki,
İlham Əliyev vətəndaşların
yüksək etimadına malikdir
Fransanın "Opinion Way” şirkətinin ötən ay Azərbaycanda apardığı rəy sorğusu ölkədə həyata keçirilən siyasi kursun xalq tərəfindən dəstəkləndiyinin növbəti təsdiqi oldu. Eyni zamanda sorğunun nəticələri onu göstərdi ki, vətəndaşlar Prezident İlham Əliyevin rəhbərliyi ilə cəmiyyət həyatının bütün sahələrində qazanılan nailiyyətləri yüksək qiymətləndirirlər.
16 ilin
uğurları
Planetimizin son 16 illik mənzərəsi ürəkaçan deyil. Yeni münaqişə
ocaqlarının yaranması,
miqrant probleminin meydana çıxması,
iqtisadi böhranlar, ayrı-ayrı qütblərdə
dayanan dövlətlər
arasında müharibə
riskinin artması ötən illərin reallıqlarıdır. Azərbaycan da
dünya birliyinin fəal üzvü kimi bu və
ya digər proseslərin iştirakçısıdır.
Lakin bu 16 ildə ölkəmizin keçdiyi
yol tamamilə fərqlidir. Belə ki,
bu dövrdə yürüdülən düşünülmüş
və qətiyyətli
siyasətin nəticəsi
olaraq Azərbaycan özünün milli mənafelərini, dövlətçilik
maraqlarını layiqincə
qorumağı bacarıb.
Ölkəmiz müstəqil siyasəti
nəticəsində bütün
beynəlxalq siyasi avantüralardan uzaq durub, hansısa dövlətə qarşı
tətbiq olunan sanksiyalara qoşulmayıb.
Elə buna görə də ötən 16 il
Azərbaycan üçün
dinamik inkişaf, beynəlxalq imicinin yüksəlməsi, regionun
lider dövlətinə
və dünyanın enerji təhlükəsizliyinin
əsas təminatçılarından
birinə çevrilməsi
dövrü kimi xarakterizə olunur.
İndiyədək ölkəmizdə keçirilmiş
bütün sosioloji sorğuların nəticələri
də məhz bu cür mühüm
göstəricilərə əsaslanıb. Qazanılan uğurlara
istinad edən vətəndaşlar elə
buna görə də mövcud siyasi kursa alternativ
görmədiklərini bildiriblər.
Prezident İlham Əliyevin yeni müddətə prezidentlik səlahiyyəti
dövrünün birinci
ilinin yekunları fonunda özünü təsdiq edən reallıq ondan ibarətdir ki, Azərbaycan öz yolu ilə inamla
addımlayır.
Möhkəm təmələ, düşünülmüş
dərin siyasətə
əsaslanan yüksəliş
yolu Azərbaycanı günbəgün inkişafa,
tərəqqiyə, modernləşməyə
aparır. Ötən bir ildə respublikamızın inkişaf
strategiyasını müasir
dövrün çağırışlarına
uyğun daha da zənginləşdirən
Prezident İlham Əliyevin rəhbərliyi
altında həyata keçirilən düşünülmüş,
təmkinli, lakin olduqca çevik və qətiyyətli, uzaqgörən siyasət nəticəsində qazanılmış
uğurlar daha da möhkəmləndirilib.
Bu bir ildə
Azərbaycanın sosial
və iqtisadi inkişaf göstəricilərini
artırması, enerji
təhlükəsizliyi məsələlərində
söz sahibi kimi mövqelərini gücləndirməsi, müstəqil
xarici siyasət kursu yürütməsi, Ermənistanla sülh danışıqlarında özünün
üstün mövqeyini
daha da möhkəmləndirməsi
ölkə ictimaiyyəti
tərəfindən böyük
razılıqla qarşılanır.
Dünyanın ən sabit ölkələrindən
biri
Təbii ki, inkişafı, dövlətin beynəlxalq
imicini şərtləndirən
bir çox amillər mövcuddur. Bunların sırasında
siyasi-ictimai sabitlik olduqca mühüm əhəmiyyət kəsb
edir. Qeyri-sabitlik səbəbindən bir sıra dövlətlərdəki
ağır vəziyyət
göz önündədir.
Daxili çəkişmələr, miqrant
probleminin dərinləşməsi,
terrorçu qrupların
fəaliyyətinin artması
qeyri-sabitliyin göstəriciləridir.
Azərbaycanda vaxtilə ulu öndər Heydər Əliyevin təmin etdiyi sabitlik getdikcə daha da möhkəmlənib və sarsılmaz olub. Son 16 ildə ölkəmizdə qazanılan
uğurların əsas
səbəblərindən biri
kimi məhz bütün sahələrdə
təmin olunan sabitikdir. Elə buna görə
də ölkə vətəndaşları "Opinion Way” şirkətinin sorğusunda
ölkəmizdəki sabitliyi
yüksək qiymətləndiriblər.
Belə ki, sorğunun nəticələrinə
görə, respondentlərin
80,1 faizi ölkədəki mövcud
ictimai-siyasi və sosial-iqtisadi sabitliyin qorunub saxlanılmasını
Prezident İlham Əliyevin fəaliyyətinin
ən uğurlu nəticəsi kimi dəyərləndirib. Respondentlərin fikrinə görə, dünyada və bölgədə yaşanan
çoxsaylı mənfi
proseslərdən asılı
olmayaraq, Azərbaycan
son bir ildə ictimai-siyasi sabitlik şəraitində öz
dinamik sosial-iqtisadi inkişafını davam etdirib, xalqın əmin-amanlığı və
rifahı naminə bütün zəruri addımlar atılıb, əhalinin firavan həyatı üçün
ardıcıl tədbirlər
görülüb. Ölkədə etnik, dini və
ictimai-siyasi zəmində
sabitlik hökm sürüb, ictimaiyyətdə
narahatlıq doğuran
ciddi hallar müşahidə edilməyib.
Bütün bunlar ölkədaxili
vəziyyəti və
Azərbaycan Prezidentinin
fəaliyyətini yüksək
qiymətləndirməyi təmin
edən amillər olub.
İnkişaf göstəriciləri
ilə zəngin il
Məhz qazanılan
uğurların nəticəsidir
ki, sorğunun "Prezident İlham Əliyevin son bir ildə gördüyü işləri necə qiymətləndirirsiniz” sualına
respondentlərin 85,1 faizi bütövlükdə
müsbət cavab verib. Son bir ildə isə uğurlarımız sözün
əsl mənasında
möhtəşəmdir. Ötən bir il Prezident
İlham Əliyevin gələcəyə, perspektivdə
ölkəmizin inkişafına
hesablanmış iqtisadi
kursunun nə qədər düzgün və milli maraqlarımıza
layiqincə xidmət etdiyini təsdiqləyən
nümunələrlə zəngindir.
Bu dövrdə Azərbaycanın
müstəqil enerji siyasətinin növbəti
təntənəsi olan
tarixi hadisələr baş verdi.
"Cənub qaz dəhlizi”nin istifadəyə verilməsi
ilə respublikamız
beynəlxalq enerji təhlükəsizliyi məsələlərində
öz mövqelərini
bir qədər də möhkəmləndirdi.
Türkiyədə "Star” zavodunun tikintisinin başa çatdırılması da
Azərbaycanın qlobal
uğuru kimi tarixə düşdü.
Bu gün
Azərbaycan həm də müxtəlif fəaliyyət növlərini
kosmosdan idarə edən dövlətlərdən
biridir. İndi ölkəmizin orbitdə
müxtəlif funksiyalar
daşıyan üç
peyki var ki, onlardan sonuncusu
ötən bir ildə fəzaya buraxılıb.
Respondentlərin ötən bir ilin mühüm uğuru olaraq qiymətləndirdikləri başqa
bir göstərici islahatların yeni mərhələsinin başlanmasıdır. Bu dəfə islahatlar idarəçilikdən başlasa
da, daha sonra sosial sferada
atılan addımlarla
davam etdi. Ona görə "Opinion Way”in "Azərbaycanda həyata keçirilən
sosial-iqtisadi fəaliyyəti
və bu sahədə Prezident İlham Əliyevin son ildə apardığı
islahatları necə qiymətləndirirsiniz” sualına
sorğuda iştirak edənlərin 90,5 faizi bütövlükdə müsbət
cavab verib, onlardan 64 faizi bu istiqamətdə hökumətin fəaliyyətini
"tam bəyəndiyini” bildirib.
Hər bir sorğunun nəticəsi reallığa,
görülən işlərə
və ortada olan nəticələrə
əsaslanır. Bu baxımdan
Fransanın "Opinion Way” şirkətinin
mart ayında keçirdiyi
sorğu ölkəmizlə
bağlı həqiqətlərə
yeni baxış oldu. Sorğunun nəticələri ilk növbədə ölkə
vətəndaşlarının Prezident İlham Əliyevə və onun yürütdüyü
siyasətə etimadının
təsdiqi kimi tarixə düşdü.
İkinci tərəfdən isə nəticələr
göstərdi ki, Azərbaycan öz inkişaf yolu ilə inamla irəliləyən və
qarşıya qoyduğu
hədəflərə layiqincə
çatmağı bacaran
dövlətdir.
Rəşad CƏFƏRLİ
Azərbaycan.-
2019.- 16 aprel.- S.1; 6.