Azərbaycan Respublikasının Əmək Məcəlləsində
və Azərbaycan Respublikasının Cəzaların
İcrası Məcəlləsində dəyişiklik edilməsi
haqqında
Azərbaycan Respublikasının
Qanunu
Azərbaycan Respublikasının
Milli Məclisi Azərbaycan Respublikası
Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin
1-ci və 16-cı bəndlərini
rəhbər tutaraq qərara alır:
Maddə 1. Azərbaycan
Respublikasının Əmək
Məcəlləsində (Azərbaycan
Respublikasının Qanunvericilik
Toplusu, 1999, ¹ 4, maddə
213; 2001, ¹ 3, maddə 143, ¹ 6, maddə 362, ¹ 11, maddələr
672, 679, ¹ 12, maddə 731; 2002, ¹ 1, maddə 2, ¹ 5, maddə
241, ¹ 6, maddə 328; 2003, ¹ 1, maddələr 9, 23; 2004, ¹ 1, maddə
10, ¹ 2, maddə 57, ¹ 3, maddə
133, ¹ 6, maddə 413, ¹ 7, maddə
505, ¹ 9, maddə 672, ¹ 12, maddə
981; 2005, ¹ 3, maddə 151, ¹ 4, maddə 278, ¹ 7, maddə
560, ¹ 10, maddə 874, ¹ 11, maddə
1001, ¹ 12, maddə 1094; 2006, ¹ 3, maddələr 220, 222, ¹ 5, maddə
385, ¹ 11, maddə 923, ¹ 12, maddələr
1004, 1025, 1030; 2007, ¹ 5, maddələr 401,
437, ¹ 6, maddə 560, ¹ 8, maddə
756, ¹ 11, maddələr 1049, 1053; 2008, ¹ 3, maddə 156, ¹ 7, maddələr
600, 602, ¹ 10, maddə 887, ¹ 11, maddə 960; 2009, ¹ 2, maddə
48, ¹ 5, maddə 294, ¹ 6, maddə
399, ¹ 12, maddələr 949, 969; 2010, ¹ 2, maddələr 70, 75, ¹ 4, maddə
275; 2011, ¹ 1, maddə 11, ¹ 2, maddələr 70, 71, ¹ 6, maddə
464, ¹ 7, maddə 598; 2012, ¹ 11, maddə 1054; 2013, ¹ 2, maddələr
89, 101, ¹ 11, maddə 1268; 2014, ¹ 2, maddə 92, ¹ 10, maddə
1162, ¹ 11, maddə 1339, ¹ 12, maddə 1527; 2015, ¹ 2, maddə
97, ¹ 3, maddə 250, ¹ 6, maddə
680; 2016, ¹ 2 (I kitab), maddələr
190, 201, ¹ 5, maddə 847, ¹ 11, maddə 1767; 2017, ¹ 6, maddələr
1031, 1048, ¹ 12 (I kitab), maddələr
2187, 2189; 2018, ¹ 1, maddə 13, ¹ 6, maddə 1155, ¹ 7 (I kitab), maddələr 1380, 1408; Azərbaycan
Respublikasının 2018-ci il
28 dekabr tarixli 1418-VQD və 1448-VQD nömrəli
qanunları) aşağıdakı
dəyişikliklər edilsin:
1.1. 3-cü maddənin
5-1-ci hissəsinə "müvafiq
icra hakimiyyəti orqanının” sözlərindən
sonra "mərkəzləşdirilmiş”
sözü əlavə
edilsin;
1.2. 14-cü maddənin
3-cü hissəsinin üçüncü
abzasının sonunda
nöqtə işarəsi
nöqtəli vergül
işarəsi ilə əvəz edilsin və aşağıdakı
məzmunda dördüncü
abzas əlavə edilsin:
"əmək
münasibətləri sahəsində
elektron xidmətləri
elektron informasiya sistemi vasitəsilə həyata keçirir.”.
Maddə 2. Azərbaycan
Respublikası Cəzaların
İcrası Məcəlləsinin
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2000, ¹ 8 (III kitab), maddə
586, ¹ 12, maddə 835; 2001, ¹ 7, maddə 455; 2002, ¹ 1, maddə
9, ¹ 5, maddələr 237, 240, 244, ¹ 8, maddə 463; 2004, ¹ 6, maddə
399; 2005, ¹ 4, maddə 278; 2006, ¹ 11, maddə 929; 2007, ¹ 8, maddə
756, ¹ 11, maddə 1049, ¹ 12, maddələr
1197, 1218; 2008, ¹ 6, maddə 462, ¹ 7, maddələr 602, 607; 2010, ¹ 3, maddə
171, ¹ 4, maddə 275, ¹ 7, maddə
591; 2011, ¹ 2, maddələr 70, 71, ¹ 6, maddə 473, ¹ 7, maddə
600, ¹ 12, maddə 1107; 2012, ¹ 5, maddə 406, ¹ 11, maddələr
1056, 1063; 2013, ¹ 8, maddə 889; 2015, ¹ 10, maddə 1107, ¹ 11, maddə
1271; 2016, ¹ 6, maddələr 981, 1000; 2017,
¹ 6, maddə 1058, ¹ 12 (I kitab),
maddə 2268; 2018, ¹ 5, maddə
881, ¹ 7 (I kitab), maddə
1422, ¹ 10, maddələr 1971, 1978, ¹ 11, maddə 2225) 90-cı maddəsi
aşağıdakı redaksiyada
verilsin:
"Maddə
90. Müəyyən müddətə
azadlıqdan məhrum
etmə və ömürlük azadlıqdan
məhrum etmə növündə cəzaya
məhkum olunmuş şəxslərin sosial təminatı
90.1. Müəyyən
müddətə azadlıqdan
məhrum etmə və ömürlük azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş şəxslərə
əmək pensiyalarının
təyin edilməsi şərtləri və qaydası "Əmək
pensiyaları haqqında”
Azərbaycan Respublikasının
Qanunu ilə müəyyən edilir.
90.2. Müəyyən
müddətə azadlıqdan
məhrum etmə və ömürlük azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş şəxslərə
sosial müavinətlərin
təyin edilməsi şərtləri və qaydası "Sosial müavinətlər haqqında”
Azərbaycan Respublikasının
Qanunu ilə müəyyən edilir.
90.3. Müəyyən
müddətə azadlıqdan
məhrum etmə və ömürlük azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş işləyən
şəxslərin məcburi
dövlət sosial sığortasına cəlb
edilməsi şərtləri
və qaydası, həmçinin qadın məhkumların hamiləliyə
və doğuşa görə müavinətlə
təmin olunması
"Sosial sığorta
haqqında” Azərbaycan
Respublikasının Qanunu
ilə müəyyən
edilir.
90.4. Əmək pensiyalarının və sosial müavinətlərin
təyin edilməsi məqsədi ilə cəzaçəkmə müəssisəsinin
müdiriyyəti müəyyən
müddətə azadlıqdan
məhrum etmə və ömürlük azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş şəxslər
barədə müvafiq
icra hakimiyyəti orqanının müəyyən
etdiyi məlumatları
həmin şəxslərin
bu məcəllənin
71.1-ci maddəsinə uyğun
olaraq cəzaçəkmə
müəssisəsinə qəbul
edildiyi gündən
10 gün müddətində
müvafiq icra hakimiyyəti orqanının
mərkəzləşdirilmiş elektron informasiya sisteminə ötürür
və həmin məlumatların mütəmadi
yenilənməsini təmin
edir.”.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
19 fevral 2019-cu il
Azərbaycan.- 2019.- 17 aprel.-
S.5.