“Azərbaycan Respublikası Milli Məclisinin
komitələri haqqında”Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının
Qanunu
Azərbaycan Respublikasının
Milli Məclisi Azərbaycan Respublikası
Konstitusiyasının 92-ci maddəsini,
94-cü maddəsinin I hissəsinin
3-cü bəndini və
95-ci maddəsinin I hissəsinin
1-ci bəndini rəhbər
tutaraq qərara alır:
"Azərbaycan
Respublikası Milli Məclisinin komitələri
haqqında” Azərbaycan
Respublikasının Qanununda
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
1998, ¹ 9, maddə 565; 2000, ¹ 12, maddə 833; 2005, ¹ 10, maddə
876; 2007, ¹ 5, maddə 437; 2009, ¹ 6, maddə 395; 2010, ¹ 4, maddə
276; 2011, ¹ 2, maddə 71; 2016, ¹ 1, maddə 34) aşağıdakı
dəyişikliklər edilsin:
1. 10-cu maddənin
ikinci hissəsinin onuncu abzasından ", Azərbaycan Respublikası
Auditorlar Palatasının
sədri və sədr müavininin” sözləri çıxarılsın.
2. 12-ci maddənin
ikinci hissəsi üzrə:
2.1. altıncı
abzasdan ", Azərbaycan
Respublikası Auditorlar
Palatasının sədri
və sədr müavini” sözləri çıxarılsın;
2.2. doqquzuncu
abzas onuncu abzas hesab edilsin
və aşağıdakı
məzmunda doqquzuncu abzas əlavə edilsin:
"Azərbaycan
Respublikası Hesablama
Palatasının fəaliyyəti
haqqında illik hesabata baxır və rəy verir;”.
3. 22-ci maddəyə
"təşkilati” sözündən
əvvəl "hüquqi,”
sözü əlavə
edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
19 fevral 2019-cu il
Azərbaycan.- 2019.- 17 aprel.- S.5.