Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi ilə Çin Xalq Respublikasının Mədəniyyət və
Turizm Nazirliyi
arasında 2019-2023-cü illər üçün
mədəni əməkdaşlıq haqqında Protokolun təsdiq edilməsi barədə
Azərbaycan Respublikası
Prezidentinin Fərmanı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini
rəhbər tutaraq qərara alıram:
1. Azərbaycan Respublikasının Mədəniyyət
Nazirliyi ilə Çin Xalq Respublikasının Mədəniyyət
və Turizm Nazirliyi arasında
2019-2023-cü illər üçün
mədəni əməkdaşlıq
haqqında 2019-cu il martın 1-də Pekin şəhərində
imzalanmış Protokol
təsdiq edilsin.
2. Bu Fərmanın
1-ci hissəsində göstərilən
Protokol qüvvəyə
mindikdən sonra Azərbaycan Respublikasının
Mədəniyyət Nazirliyi
onun müddəalarının
həyata keçirilməsini
təmin etsin.
3. Azərbaycan
Respublikasının Xarici
İşlər Nazirliyi
Protokolun qüvvəyə
minməsi üçün
zəruri olan dövlətdaxili prosedurların
yerinə yetirildiyi barədə Çin Xalq Respublikası Hökumətinə bildiriş
göndərsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
15 aprel 2019-cu il
Azərbaycan.- 2019.-17 aprel.- S.5.