“Azərbaycan Respublikasının
Əmək Məcəlləsində və Azərbaycan
Respublikasının Cəzaların İcrası Məcəlləsində
dəyişiklik edilməsi haqqında” Azərbaycan
Respublikasının 2019-cu il 19 fevral tarixli 1507-VQD nömrəli
Qanununun tətbiqi və “Azərbaycan
Respublikasının Cəzaların İcrası Məcəlləsinin
təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi
tənzimləmə məsələləri haqqında” Azərbaycan
Respublikası Qanununun və həmin Qanunla təsdiq edilmiş
Azərbaycan Respublikasının Cəzaların İcrası
Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan
Respublikası Prezidentinin 2000-ci il 25 avqust tarixli
388 nömrəli Fərmanında dəyişiklik edilməsi
haqqında
Azərbaycan Respublikası
Prezidentinin Fərmanı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 19-cu və
32-ci bəndlərini rəhbər
tutaraq, "Azərbaycan
Respublikasının Əmək
Məcəlləsində və
Azərbaycan Respublikasının
Cəzaların İcrası
Məcəlləsində dəyişiklik
edilməsi haqqında”
Azərbaycan Respublikasının
2019-cu il 19 fevral tarixli 1507-VQD nömrəli Qanununun qüvvəyə minməsi
ilə əlaqədar
həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının Nazirlər
Kabineti:
1.1. Azərbaycan Respublikası qanunlarının
və Azərbaycan Respublikası Prezidentinin aktlarının "Azərbaycan
Respublikasının Əmək
Məcəlləsində və
Azərbaycan Respublikasının
Cəzaların İcrası
Məcəlləsində dəyişiklik
edilməsi haqqında”
Azərbaycan Respublikasının
Qanununa uyğunlaşdırılmasına
dair təkliflərini
üç ay müddətində
hazırlayıb Azərbaycan
Respublikasının Prezidentinə
təqdim etsin;
1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində
təmin edib Azərbaycan Respublikasının
Prezidentinə məlumat
versin;
1.3. mərkəzi
icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın
və bunun icrası barədə beş ay müddətində
Azərbaycan Respublikasının
Prezidentinə məlumat
versin;
1.4. həmin
Qanundan irəli gələn digər məsələləri həll
etsin.
2. Azərbaycan Respublikasının Ədliyyə
Nazirliyi mərkəzi
icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların "Azərbaycan Respublikasının
Əmək Məcəlləsində
və Azərbaycan Respublikasının Cəzaların
İcrası Məcəlləsində
dəyişiklik edilməsi
haqqında” Azərbaycan
Respublikasının Qanununa
uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının
Nazirlər Kabinetinə
məlumat versin.
3. Müəyyən
edilsin ki:
3.1. Azərbaycan Respublikasının Cəzaların
İcrası Məcəlləsinin
90.4-cü (birinci halda)
maddəsində nəzərdə
tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini
Azərbaycan Respublikasının
Nazirlər Kabineti həyata keçirir;
3.2. həmin
məcəllənin 90.4-cü (ikinci halda) maddəsində
"müvafiq icra hakimiyyəti orqanı” dedikdə Azərbaycan Respublikasının Əmək
və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzərdə tutulur.
4. "Azərbaycan
Respublikasının Cəzaların
İcrası Məcəlləsinin
təsdiq edilməsi, qüvvəyə minməsi
və bununla bağlı hüquqi tənzimləmə məsələləri
haqqında” Azərbaycan
Respublikası Qanununun
və həmin Qanunla təsdiq edilmiş Azərbaycan Respublikasının Cəzaların
İcrası Məcəlləsinin
tətbiq edilməsi barədə” Azərbaycan
Respublikası Prezidentinin
2000-ci il 25 avqust tarixli 388 nömrəli Fərmanında (Azərbaycan
Respublikasının Qanunvericilik
Toplusu, 2000, ¹ 8 (III kitab),
maddə 611; 2002, ¹ 8, maddə
478; 2008, ¹ 3, maddələr 168, 170, ¹ 7, maddə 618; 2011, ¹ 4, maddə
279; 2013, ¹ 8, maddə 893; 2016, ¹ 4, maddə 676; 2018, ¹ 3, maddə
353, ¹ 5, maddə 962, ¹ 6, maddə
1203, ¹ 10, maddə 2003) aşağıdakı
dəyişikliklər edilsin:
4.1. 3.2-ci bəndə
"34.1” rəqəmlərindən sonra "
,90.4 (birinci halda)” sözləri əlavə
edilsin;
4.2. 3.18-ci bəndin
sonunda nöqtə işarəsi nöqtəli
vergül işarəsi
ilə əvəz olunsun və aşağıdakı məzmunda
3.19-cu bənd əlavə
edilsin:
"3.19. həmin məcəllənin
90.4-cü maddəsində (ikinci halda) "müvafiq icra hakimiyyəti orqanı” dedikdə Azərbaycan Respublikasının Əmək
və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzərdə tutulur.”.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
15 aprel 2019-cu il
Azərbaycan. - 2019.-17 aprel.- S.5.