GUAM üzvü
olan dövlətlərin gömrük
idarələri arasında GUAM üzvü
olan dövlətlərin dövlət sərhədlərindən
malların hava nəqliyyatı ilə
daşınması ilə bağlı gömrük
hüquqpozmalarına qarşı mübarizə sahəsində
əməkdaşlıq haqqında Protokolun
təsdiq edilməsi barədə
Azərbaycan Respublikası
Prezidentinin Fərmanı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini
rəhbər tutaraq qərara alıram:
1. GUAM üzvü
olan dövlətlərin
gömrük idarələri
arasında GUAM üzvü
olan dövlətlərin
dövlət sərhədlərindən
malların hava nəqliyyatı ilə daşınması ilə
bağlı gömrük
hüquqpozmalarına qarşı
mübarizə sahəsində
əməkdaşlıq haqqında
2018-ci il oktyabrın 5-də Kişinyov
şəhərində imzalanmış
Protokol təsdiq edilsin.
2. Bu Fərmanın
1-ci hissəsində göstərilən
Protokol qüvvəyə
mindikdən sonra Azərbaycan Respublikasının
Dövlət Gömrük
Komitəsi onun müddəalarının həyata
keçirilməsini təmin
etsin.
3. Azərbaycan
Respublikasının Xarici
İşlər Nazirliyi
Protokolun qüvvəyə
minməsi üçün
zəruri olan dövlətdaxili prosedurların
yerinə yetirildiyi barədə GUAM-ın Katibliyinə bildiriş göndərsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
15 aprel 2019-cu il
Azərbaycan.- 2019.-17 aprel.- S.5.