Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq
edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli
96-VQ nömrəli Qanununun tətbiqi barədə”
2016-cı il 15 fevral tarixli 795 nömrəli və “İnzibati
xətalar haqqında işlərə baxmağa
səlahiyyəti olan vəzifəli şəxslərin
Siyahısı”nın təsdiq edilməsi barədə” 2017-ci
il 23 fevral tarixli 1256 nömrəli fərmanlarında dəyişiklik
edilməsi haqqında
Azərbaycan Respublikası
Prezidentinin Fərmanı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq,
"Azərbaycan Respublikasının
İnzibati Xətalar Məcəlləsində dəyişiklik
edilməsi haqqında”
Azərbaycan Respublikasının
2018-ci il 2 noyabr tarixli 1326-VQD nömrəli Qanununun icrası ilə əlaqədar qərara alıram:
1. "Azərbaycan
Respublikası İnzibati
Xətalar Məcəlləsinin
təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il
29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası
Prezidentinin 2016-cı il
15 fevral tarixli 795 nömrəli Fərmanının
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2016, ¹ 2 (II kitab), maddə
259, ¹ 3, maddə 460, ¹ 4, maddə
670, ¹ 6, maddələr 1025, 1063, ¹ 7, maddə 1272, ¹ 9, maddə
1468, ¹ 10, maddələr 1614, 1638; 2017, ¹ 2,
maddələr 176, 202, ¹ 3, maddə
351, ¹ 4, maddələr 530, 537, ¹ 6, maddə 1101, ¹ 7, maddələr
1314, 1346, ¹ 8, maddə 1521, ¹ 9, maddə 1637, ¹ 10, maddələr
1788, 1798, ¹ 11, maddələr 2003, 2027, ¹ 12,
maddələr 2290, 2320; 2018, ¹ 1, maddə 36, ¹ 2, maddələr
198, 201, ¹ 3, maddələr 418, 428, 443, 445,
¹ 5, maddələr 914, 918, 926, 955, ¹ 6, maddələr 1225, 1234, ¹ 7 (I kitab),
maddələr 1465, 1477, 1494, 1504, ¹ 8, maddələr 1678, 1697, ¹ 9, maddə
1840, ¹ 11, maddələr 2244, 2256, 2273,
2289, ¹ 12 (I kitab), maddələr
2541, 2566, 2573, 2610; 2019, ¹ 1, maddələr
52, 68; Azərbaycan Respublikası
Prezidentinin 2019-cu il 12
mart tarixli 586 nömrəli
Fərmanı) 5.27-1-ci bəndinə
"Nazirliyi,” sözündən
sonra "taksi minik avtomobilində tütün çəkilməsinə
münasibətdə Azərbaycan
Respublikasının Daxili
İşlər Nazirliyi,”
sözləri əlavə
edilsin.
2. Azərbaycan Respublikası Prezidentinin
2017-ci il 23 fevral tarixli 1256 nömrəli Fərmanı (Azərbaycan
Respublikasının Qanunvericilik
Toplusu, 2017, ¹ 2, maddə
200, ¹ 6, maddə 1105, ¹ 9, maddə
1638, ¹ 11, maddə 1984; 2018, ¹ 2, maddə 199, ¹ 3, maddələr
415, 419, 429, ¹ 5, maddələr 915, 927, ¹ 7
(I kitab), maddə 1481,
¹ 8, maddə 1698; 2018, ¹ 11, maddələr
2242, 2289, ¹ 12 (I kitab), maddələr
2566, 2597; 2019, ¹ 1, maddə 82; Azərbaycan Respublikası
Prezidentinin 2019-cu il 4 fevral tarixli 514 nömrəli və 12 mart
tarixli 586 nömrəli
fərmanları) ilə
təsdiq edilmiş
"İnzibati xətalar
haqqında işlərə
baxmağa səlahiyyəti
olan vəzifəli şəxslərin Siyahısı”nın
2.1-ci, 2.2-ci və 2.4-cü bəndlərinə "322.0.2,” rəqəmlərindən sonra
"322.0.4 (taksi minik avtomobilində tütün
çəkilməsinə münasibətdə),”
sözləri əlavə
edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
15 aprel 2019-cu il
Azərbaycan.- 2019.-17 aprel.- S.5.