Çoxmənzilli binalarla
bağlı fərmanın
icrası istiqamətində
görülmüş işlər
barədə növbəti
müşavirə keçirilib
Aprelin 16-da Fövqəladə
Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə
Nəzarət Dövlət
Agentliyinin inzibati binasında "Bəzi çoxmənzilli binaların
istismarına icazə
verilməsinin sadələşdirilməsi
haqqında” Azərbaycan
Respublikası Prezidentinin
2019-cu il 19 fevral tarixli Fərmanının
icrası ilə bağlı görülmüş
işlərin, habelə
qarşıya çıxan
problemlərin müzakirəsi
mövzusunda müşavirə
keçirilib.
FHN-dən
AZƏRTAC-a bildiriblər ki,
müşavirədə Azərbaycan
Respublikası Prezidentinin
iqtisadi məsələlər
üzrə köməkçisi-şöbə
müdiri Əli Əsədov, fövqəladə
hallar naziri Kəmaləddin Heydərov,
Dövlət Şəhərsalma
və Arxitektura Komitəsinin sədri Samir Nuriyev, Əmlak Məsələləri
Dövlət Komitəsinin
sədri Kərəm Həsənov, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı
Eldar Əzizov, baş prokurorun müavini - Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev, "Azərenerji” ASC-nin prezidenti Balababa Rzayev, "Azərsu” ASC-nin sədrinin birinci müavini Teyyub Cabbarov, "Azəriqaz” İB-nin baş direktoru Əkbər Hacıyev,
"Azərişıq” ASC-nin sədr müavini
Ramil Yusifov, Nazirlər Kabinetinin kommunikasiya, tikinti və kommunal təsərrüfat məsələləri
şöbəsinin müdiri
Qasım Abdullayev, Azərbaycan Prezidentinin iqtisadi məsələlər üzrə
köməkçisinin xidmətinin
baş məsləhətçisi
Feyruz Mustafayev, FHN-in aidiyyəti rəhbər şəxsləri iştirak
ediblər.
Müşavirədə çıxış
edən Azərbaycan Respublikası Prezidentinin iqtisadi məsələlər
üzrə köməkçisi-şöbə
müdiri Əli Əsədov dövlət
başçısının 2019-cu il fevralın
19-da imzaladığı "Bəzi çoxmənzilli
binaların istismarına
icazə verilməsinin
sadələşdirilməsi haqqında” Fərmanın
əhəmiyyətindən danışıb.
Ə.Əsədov xüsusilə vurğulayıb
ki, vətəndaşlar
tərəfindən Azərbaycan
Respublikasının Prezidenti
İlham Əliyevə
ünvanlanmış çoxsaylı
müraciətlərə cavab
olaraq, dövlət başçısı növbəti
dəfə humanizm nümayiş etdirərək
imzaladığı bu
fərmanla yürütdüyü
siyasətin mərkəzində
Azərbaycan vətəndaşının
dayandığını bir
daha sübut etdi. Fərmanın əsas məqsədi
insanların normal yaşayışının
təmin edilməsidir.
Bu mühüm sənəddən irəli
gələn məsələlərin
icrası ilə bağlı görülən
işlər dövlət
başçısının nəzarəti altındadır.
Tədbirdə çıxış
edən fövqəladə
hallar naziri Kəmaləddin Heydərov
bildirib ki, Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev növbəti dəfə böyük humanistlik göstərərək
uzun müddət istismarda olan, lakin müvafiq dövlət orqanları tərəfindən istismara
qəbul olunmayan çoxmənzilli yaşayış
binalarının istismara
qəbulunun sadələşdirilməsi
ilə bağlı fərman imzalayıb. Fərmanın imzalanmasını
Prezident
İlham Əliyevin
xalqımızın sosial
rifahının daha da yüksəldilməsi istiqamətində atdığı
növbəti mühüm
addım adlandıran nazir bu il martın 14-də keçirilmiş ilk müşavirəni
xatırladaraq bildirib ki, ötən müddətdə aidiyyəti
qurumlar tərəfindən
lazımi işlər
görülüb. Bu proses
fasiləsiz davam etdirilir.
K.Heydərov vurğulayıb ki, hazırda respublika üzrə istismara qəbul olunmamış çoxmənzilli yaşayış
binalarının sayı
434-dür. Bunun 381-i paytaxt Bakıdadır.
FHN-in Tikintidə
Təhlükəsizliyə Nəzarət Dövlət
Agentliyinin binasında
müvafiq qurumların
səlahiyyətli nümayəndələrinin
iştirakı ilə
qərargah yaradıldığını
xatırladan nazir deyib ki, bu
il aprelin 15-dək qərargahda 227 yaşayış
binasının (kompleksinin)
nümayəndələri qəbul
edilib, onlara zəruri izahatlar verilib. Binalarda müayinə işlərinin
yekunlaşdığını, bunun əsasında aşkarlanan çatışmazlıqlarla
bağlı görüləsi
işlərin tez bir zamanda müəyyən
olunacağını bildirən
nazir deyib ki, 14 binaya dair
sənədlər komplektləşdirilib.
Bu binaların istismara hazır olması barədə müvafiq qaydada rəy tərtib edilib və aidiyyəti üzrə Dövlət Şəhərsalma
və Arxitektura Komitəsinə təqdim olunub. Nazir işlərin fərmanla
müəyyən olunmuş
müddətdə həyata
keçirilməsinin və
aşkarlanan çatışmazlıqların
operativ surətdə aradan qaldırılmasının
vacibliyini bildirib.
Müşavirədə digər qurumların rəhbərləri ötən
müddətdə görülmüş
işlər və qarşıda duran vəzifələr barədə
çıxış ediblər.
Sonra fərmanın icrasından
irəli gələn məsələlər geniş
müzakirə edilib, mövcud problemlərin həlli yolları barədə fikir mübadiləsi aparılıb,
aidiyyəti qurumlara müvafiq tapşırıqlar
verilib.
Azərbaycan.- 2019.- 17 mart.- S.2.