Azərbaycan Prezidentinin islahatçı lider olduğunu dünya da təsdiqləyir

 

İlham Əliyevin sonuncu prezident seçkilərindən sonrakı andiçmə mərasimindən bir il ötür. Prezident İlham Əliyev andiçmə mərasimində bu yüksək etimada görə dərin təşəkkürünü bildirmiş, xalqın dəstəyindən qurur duyduğunugüc aldığını dilə gətirmişdir. Bundan sonra da xalqa və Vətənə ləyaqətlə xidmət edəcəyinə and içən dövlət başçısı öz vədinə əvvəlki illərdə olduğu kimi, yenə də sadiq qalacağını bildirmişdir.

Artıq 16 ildir ki, Azərbaycan xalqı dövlət başçısı İlham Əliyevin müdrik və uzaqgörən siyasəti nəticəsində böyük uğurlara imza atır, təhlükəsizlik, sabitlik şəraitində yaşayır. Dünyanın əksər bölgələrində baş verən ağır proseslər, qanlı toqquşmalar, vətəndaş müharibələri, dövlət çevrilişləri qlobal təhlükənin yaxınlaşmasından xəbər versə də, Azərbaycanda həmin risklərin hamısı neytrallaşdırılmışdır. Prezidentin təbiri ilə desək, "Azərbaycan bu gün dünya miqyasında sabitlik məkanı, sabitlik adası kimi tanınır və bu, bizim böyük nailiyyətimizdir”.

Ötən bir il ərzində də ölkəmizdə bütün sahələrdə dərin islahatlar aparılmış, iqtisadi inkişaf davam etmiş, əhalinin sosial müdafiəsi gücləndirilmişdir. Antimilli qruplaşmalar isə Azərbaycanın siyasi səhnəsindən birdəfəlik silinmiş, xalq öz dövləti ətrafında birlik, həmrəylik nümayiş etdirmişdir. Azərbaycan, həmçinin ölkə daxilində dinlərarası, millətlərarası münasibətlərin inkişafında əksər dövlətlərdən daha tolerant olduğunu ortaya qoymuşdur. Bu gün biz dünyanın istənilən ölkəsində öz milli-mənəvi dəyərlərinə sadiq və bağlı xalq kimi tanınırıq.

Ötən bir ildə həm də Ermənistanın işğalçı siyasəti tam ifşa olunmuş, bütün regional layihələrdən təcrid olunması davam etmişdir. Dövlət başçısı bu istiqamətdə görülən işlərə belə münasibət bildirmişdir: "Dağlıq Qarabağ Azərbaycanın tarixi torpağıdır. Hüquqi baza var. Biz 15 il ərzində bu bazanı möhkəmləndirdik. Biz son 15 il ərzində münaqişə ilə bağlı həqiqətləri dünya birliyinə çatdıra bilmişik, kitablar yazıldı, xəritələr, qədim xəritələr ortaya qoyuldu, təqdimatlar, sərgilər keçirildi. Ondan çox ölkə Xocalı qətliamını soyqırımı kimi tanıdı. Bizim diplomatiksiyasi uğurlarımız öz nəticəsini verməkdədir”.

Dövlət başçısının gördüyü işlərə ABŞ-ın "İrsFondu da yüksək qiymət vermişdir. Vaşinqtonda fəaliyyət göstərən bu nüfuzlu təşkilat (Heritage Foundation) cari ildə yayımladığı illik Dünya İqtisadi Azadlıq İndeksi hesabatında Azərbaycanın yaxşı göstəriciyə malik olduğunu bildirmişdir.

Ümumiyyətlə, biz artıq dünyanın nüfuzlu reytinq agentliklərinin ölkəmizin müxtəlif sahələrdə apardığı islahatlara yüksək dəyər vermələrinə alışmışıq. Bu barədə il boyu dünyanın sorğu agentlikləri müxtəlif məruzə və hesabatlarında geniş məlumatlar yayırlar. Bu baxımdan adıçəkilən "İrsFondunun hesabatı da xüsusi əhəmiyyət kəsb edir. Məlumat üçün bildirək ki, The Heritage Foundation Birləşmiş Ştatlarda 1973-cü ildə təsis edilən Strateji Araşdırmalar İnstitutudur, ABŞ-da ciddi nüfuza malikdirona fəaliyyətinə 100 minlərlə fiziki şəxs, həmçinin müxtəlif fondkorporasiyalar dəstək verir. Məhz belə nüfuzlu təşkilatın ölkəmizdə 2018-ci ildə aparılan islahatlara yüksək qiymət verməsi həm də Azərbaycan Prezidentinin islahatlarının təqdir olunmasını təsdiqləyir.

Builki təqdimat mərasimində çıxış edən fondun rəhbərliyi Azərbaycanın xüsusən mülkiyyət hüquqları, idarəetmənin şəffaflığı və ədliyyə sisteminin inkişafı sahələrində böyük irəliləyişlərə nail olduğunu məxsusi vurğulamış, Azərbaycanın 2018-ci ildə iqtisadi azadlıq və islahatlar sahəsində ən çox irəliləyən ölkə olduğunu təsdiq etmişdir. Bu, əslində "İrsFondunun Azərbaycan Prezidentinin birillik fəaliyyətinə verilən beynəlxalq dəyərdir. Fond ölkəmizin sürətlə iqtisadi islahatlara getdiyini qeyd etmiş, indeksdə Azərbaycanın iqtisadi azadlıqlar sahəsində İtaliyaFransa kimi Avropa ölkələrini geridə qoyduğu bildirilmişdir. Müharibə şəraitində yaşayan ölkənin bu cür yüksək iqtisadi islahatları həyata keçirməsi, sözün əsl mənasında, bütün dünya iqtisadiyyatı üçün maraqlı və unikal hadisədir.

 

Bahadur İMANQULİYEV

 

Azərbaycan.- 2019.- 18 aprel.- S. 1.