“Telekommunikasiya haqqında” Azərbaycan Respublikasının Qanununda
dəyişiklik edilməsi
barədə
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli
Məclisi Azərbaycan
Respublikası Konstitusiyasının
94-cü maddəsinin I hissəsinin
23-cü bəndini rəhbər
tutaraq qərara alır:
"Telekommunikasiya haqqında” Azərbaycan Respublikasının
Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2005, ¹ 8, maddə
685; 2006, ¹ 11, maddə 932; 2007, ¹ 5, maddə 442, ¹ 11, maddə
1053; 2016, ¹ 6, maddə 969, ¹ 12, maddə 1989; 2017, ¹ 3, maddə
346; ¹ 6, maddələr 1024, 1046, ¹ 7, maddə 1266, ¹ 12, I kitab, maddə 2255; 2018, ¹ 6, maddə
1161) aşağıdakı məzmunda 33.1.9-3-cü maddə
əlavə edilsin:
"33.1.9-3.
operator və ya provayderin telekommunikasiya şəbəkəsinə qoşulmaqla
təşkil edilən
qanunsuz beynəlxalq telekommunikasiya xidmətlərinin
qarşısının alınması
üçün texniki
vasitələrdən, avadanlıqlardan
və ya proqram təminatından istifadə etməklə tədbirlər görmək;”.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 29 mart 2019-cu il
Azərbaycan.- 2019.- 18 aprel.- S. 2.