Türkiyə KİV-i: Ermənistan işğal
altındakı torpaqlardan narkotik
üçün istifadə edir
Bakıda
keçirilən Narkotiklərlə Mübarizə üzrə
XXXVI Beynəlxalq Konfrans (IDEC) Türkiyə KİV-ləri tərəfindən
geniş işıqlandırılıb.
AZƏRTACxəbər
verir ki, Türkiyə KİV-ləri konfrans haqqında ətraflı
məlumat verib, Azərbaycan Respublikasının Baş naziri
Novruz Məmmədovun tədbirin
açılışındakı
çıxışından fikirləri diqqətə
çatdırıb.
Məlumatlar
"Azərbaycanın Baş naziri Novruz Məmmədov: Ermənistan
işğal altındakı torpaqlardan narkotik üçün
istifadə edir”, "Azərbaycan Ermənistanın kirli
üzünü ortaya çıxardı” və s. sərlövhələrlə
təqdim olunub.
Ölkənin
aparıcı televiziya kanalları və qəzetlərinin
internet saytlarında (www.cnnturk.com, www.ntv.com.tr, www.star.com.tr,
www.aksam.com.tr, www.yeniakit.com.trvə s.) yer alan məlumatlarda
türkdilli oxucuların diqqətinə
çatdırılır ki, Azərbaycanın tarixi
torpaqları olan Dağlıq Qarabağ və ətraf 7 rayon
artıq 25 ildən çoxdur Ermənistan silahlı qüvvələri
tərəfindən işğal altında saxlanılır. İşğal altındakı həmin ərazilərdən
narkotik vasitələrin istehsalı və
tranziti üçün
istifadə edilməsi narkobiznesin və
beynəlxalq terrorizmin genişlənməsinə
münbit şərait yaradır.
Azərbaycan.- 2019.- 18 aprel.- S. 2.