Gəncədə
alman irsinin izlərinə
və memarlığına həsr edilən “Germanaijan”
sərgisi açılıb
Gəncədə alman irsinin izlərinə və memarlığına həsr edilən "Germanaijan” sərgisi açılıb.
Şəhər icra hakimiyyətinin başçısı Niyazi Bayramov və Almaniyanın ölkəmizdəki səfiri Mixail Kindsqrab Gəncə Urban Mərkəzində təşkil olunan, Azərbaycanda alman irsinin izləri və memarlığına həsr edilən "Germanaijan” sərgisində iştirak ediblər.
AZƏRTAC xəbər verir ki, açılış mərasimində çıxış edən səfir Mixael Kindsqrab sərginin Qafqaza köçən almanların əzmkarlığını, dözümlülüyünü və yaradıcılığını özündə əks etdirdiyini deyib. "Bu sərgi alman memarlığına həsr olunub. 200 il bundan öncə Azərbaycanda alman məskənləri salınıb. Ölkənizdə məskunlaşan almanların tarixi Gəncə və ətraf bölgələrin ərazisindən başlayıb. İlk alman qəsəbələri, məntəqələri məhz burada yaranıb. Bu sərgi bizim bərabər olan keçmişimizi nümayiş etdirir. Sərgi çərçivəsində bu suala cavab axtarılır: kimdir bu insanlar və onlar müasir Azərbaycana nəyi miras qoyublar?” - deyə səfir qeyd edib.
Bildirilib ki, "Germanaijan” memarlıq mövzusunu xüsusi diqqət mərkəzində saxlayır. Sərginin mərkəzi əsəri Bakının siluetində alman izlərinin əhəmiyyətini qrafik vizuallaşdıran xəritədir. Kağız modellər isə seçilmiş binalar haqqında ətraflı məlumat verir.
Qeyd edək ki,
sərgi Cənubi Qafqazda alman
yaşayış məntəqələrinin
salınmasının 200 illik yubileyi çərçivəsində təşkil
olunub. Sərgi Almaniya
Federativ Respublikasının Azərbaycandakı
səfirliyi tərəfindən, Almaniyanın Xarici
İşlər Nazirliyinin "Mədəni
irsin qorunması proqramı”, Azərbaycan
Respublikası Mədəniyyət Nazirliyinin
və "Goethe-Zentrum Bakı”nın dəstəyi
ilə reallaşıb.
Azərbaycan.- 2019.- 18 aprel.- S. 6.