1001-ci...
"Formula-1”in Azərbaycan nümunəsi
yaranır
Bir neçə gündən
sonra "Formula-1” dünyasının
nəbzi Bakı ilə döyünəcək.
Aprelin 26-28-də dünyanın bir nömrəli avtomobil yarışının bu mövsüm 4-cü mərhələsi
paytaxtımızda keçiriləcək. Bu, eyni zamanda "Formula-1” tarixinin sayca 1001-ci Qran-prisi olacaq.
Bu günlərdə
isə "Formula-1” tarixinin
1000-ci Qran-prisi Çinin
Şanxay şəhərində
keçirildi. Maraqlı mübarizə şəraitində
keçən yürüşdə
"Mercedes” komandasının üzvü Luis Hamilton yubiley
yarışını qalib
olaraq başa vurub. İndi isə diqqətlər
artıq Bakıya yönəlib.
İlk çempion
italiyalı pilot olub
"Formula-1” dairəvi
avtoyürüşləri üzrə
dünya çempionatının
təşkilatçısı Beynəlxalq Avtomobil Federasiyasının (FIA Sport) idman
bölməsidir. Bütün ölkələrdə avtomobil idmanını FIA idarə edir, "Formula-1”
də birbaşa ona tabedir. 1904-cü ildə Fransanın paytaxtı Parisdə yaradılan federasiya avtomobil idmanı üzrə təşkil olunan bütün növ yarış və tədbirlərə cavabdehdir.
"Formula-1” yarışlarının
yaranma tarixi XX əsrin 20-30-cu illərini
əhatə edir. Həmin dövrdə
təşkil olunan Avropa Qran-pri turnirləri qısa müddət ərzində
böyük marağa
səbəb oldu.
Lakin 2-ci
dünya müharibəsinin
başlaması ilə
bu yarışlara da fasilə verildi. Yalnız müharibədən sonra yenidən aktiv fəaliyyətə başlayan
FIA, formula yarışlarına da yeni qaydalarla
start verdi.
Bu növ üzrə ilk rəsmi dünya çempionatı
1950-ci il mayın 13-də İngiltərənin
Silverstoun trekində təşkil olundu.
Britaniya kral ailəsinin də maraqla izlədiyi turnirdə 21 bolid qələbə uğrunda mübarizə apardı. Həm təsnifat, həm də əsas mərhələdə finiş
xəttinə birinci gələn "Alfa Romeo”nun
italiyalı pilotu Cüzeppe Nino Farina "F1” yarışının
ilk qalibi kimi tarixə düşdü.
Birincilik uğrunda mübarizədə
onun əsas rəqibi komanda yoldaşı, argentinalı
Xuan Manuel Fanxio oldu. Lakin sonralar X.M.Fanxio
bu məğlubiyyətin
əvəzini yetərincə
çıxdı. Belə ki,
o, karyerası ərzində
5 dəfə (1951-ci, 1954-cü, 1955-ci,
1956-cı və 1957-ci illərdə)
dünya çempionu adını qazanmaqla rəqiblərinə aman vermədi.
Hər il "Formula-1” üzrə
dünya çempionatı
çərçivəsində Qran-pri adlanan bir neçə mərhələ yarışı
keçirilir. Bu mərhələlər müxtəlif
ölkələrdə, o cümlədən
Avstraliya, Monako, Bəhreyn, İspaniya və bir çox
başqa ölkələrdə
təşkil edilir.
Dünyada geniş tamaşaçı
auditoriyasına malik bu turnirlər izlənmə sayına görə yalnız Yay Olimpiya Oyunları
və futbol üzrə dünya çempionatından geri qalır. Daha çox sürət
həvəskarlarının maraq dairəsində olan "Formula-1” Qran-priləri
bir zamanlar ancaq Avropa ölkələrində
keçirilsə də,
hazırda dünyanın
dörd bir tərəfində təşkil
edilir.
"Formula-1”də qələbə uğrunda
komandalar və heyətində pilotlar mübarizə aparır. Hər komandada iki pilot və buna müvafiq
olaraq iki bolid olmalıdır. Mövsüm boyu keçirilən "Formula-1” Qran-pri
yarışlarında ən
çox xal toplayan pilot dünya çempionu olur.
İndiyə kimi 7 dəfə dünya çempionu olan almaniyalı Mixael Şumaxer ən yaxşı göstəriciyə malikdir. "Formula-1” üzrə dünya çempionatı cari mövsümdə 21 yarışdan
ibarət olacaq. Yarış martın 15-də Avstraliyada
başlayıb, noyabrın
29-da Əbu-Dabidə başa
çatacaq.
İştirak üçün
super lisenziya vacibdir
Öz nüfuzuna görə dünyanın ən baxımlı idman növlərindən, maraqlı
mübarizələrdən sayılan "F1” yarışlarına
qatılmaq isə heç də asan başa gəlmir. Sürücülər Qran-pri turnirində
çıxış etmək
üçün super lisenziya
almalıdırlar ki, bu da hər
pilota verilmir. Yalnız digər önəmli yarışlarda uğur qazanan və öz komandası ilə normal münasibət
saxlayan, FIA qaydalarına
əməl edən sürücülər Qran-pri
turnirinə qatıla bilərlər.
1950-ci ildə
keçirilən "F1” üzrə
ilk dünya çempionatında
azarkeşlər 2-ci Dünya
müharibəsindən əvvəl
istehsal olunan avtomobillərin yarışını
izlədilər. Bu bolidlərin
mühərriki öndə,
təkərləri isə
enzis və dişli idi. Avtomobillər 1,5 litrlik kompressor və ya 4,5 litrlik normal aspirat mühərriklə işləyirdi.
Hər il
istər yarış qaydaları, istərsə
də avtomobillərin
texniki göstəriciləri
və dizaynında müxtəlif dəyişikliklər
edilib. Mühərrikin həcmi, avtomobilin
sürəti və təkərlər müasir
dövrün tələblərinə
uyğun dəfələrlə
yenilənib.
Komandalar və konstruktorların yenilik, sürət və qələbə uğrunda mübarizəsini
FIA tənzimləyir. Beynəlxalq Avtomobil
Federasiyası yarış
qaydalarında müəyyən
dəyişikliklər etməklə
turnirin daha şəffaf və sağlam keçirilməsini,
həmçinin pilotların
təhlükəsizliyini təmin
edir.
1000-ci Qran-prinin qalibi
"Mercedes” oldu
Xatırladaq ki, aprelin 14-də Çinin Şanxay şəhərində keçirilən
"Formula-1” tarixinin 1000-ci Qran-Prisi "Mersedes” komandasının böyük
qələbəsi ilə
başa çatıb. Komandanın pilotları
- britaniyalı Luis Hamilton və
finlandiyalı Valtteri Bottaş finiş xəttinə müvafiq olaraq birinci və ikinci çatıblar. Üçüncü yeri isə "Ferrari”nin almaniyalı pilotu Sebastian Fettel tutub.
Cari mövsümün üçüncü
Qran-prisində Luis Hamilton 56 dövrəni 1 saat 32 dəqiqə 6,350 saniyəyə
qət edib. Onun komanda
yoldaşı Valtteri Bottaş finiş xəttinə liderdən
6,552 saniyə gec çatıb. Sebastian Fettel isə liderə 13,744 saniyə fərqlə uduzub. "Toro Rosso”nun pilotu
Daniel Kviat və "Reno”nun sürücüsü
Niko Hülkenberq mübarizəni başa çatdıra bilməyiblər.
Cari mövsümün ilk iki Qran-prisi də "Mersedes” komandasının qələbəsi ilə başa çatıb. Belə ki,
martın 17-də Avstraliya
Qran-prisində Valtteri
Bottaş, martın
31-də Bəhreyn yarışında
isə Luis Hamilton qalib
gəliblər.
Beləliklə, üç Qran-pridən sonra pilotların yarışına 44 xalla Valtteri Bottaş liderlik edir. Luis Hamilton ondan 1 xal geri
qalır. "Red Bull Racing Honda”nın hollandiyalı pilotu Maks Ferstappen
27 xalla üçüncü,
"Ferrari”nin Monakodan
olan sürücüsü
Şarl Lekler isə 26 xalla dördüncü pillədə
qərarlaşıblar.
Konstruktorların yarışında isə
"Mersedes” komandası
130 xalla birinci sıradadır. İkinci yerdə qərarlaşan
"Ferrari” komandasının 73, üçüncü pillədəki
"Red Bull Racing Honda”nın 52 xalı var.
Elçin CƏFƏROV
Azərbaycan.- 2019.- 19 aprel.- S.1; 6.