Sankt-Peterburqda MDB Parlamentlərarası
Assambleyası Şurasının iclası keçirilib
Aprelin 18-də Sankt-Peterburqda MDB Parlamentlərarası Assambleyası (MDB PA) Şurasının iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, iclasda Azərbaycanı Milli Məclisin Sədri Oqtay Əsədov təmsil edib.
Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri xanım Valentina Matviyenkonun sədrliyi ilə keçən iclasda təşkilati məsələlərə baxılıb.
Milli Məclisin Sədri Oqtay Əsədov Valentina Matviyenkonun yenidən MDB PA Şurasının sədri seçilməsi təklifi ilə çıxış edib. Milli Məclisin Sədri bildirib ki, 2011-ci ildən Şuraya inamla sədrlik edən Valentina Matviyenko dövlətlərarası və beynəlxalq əlaqələr sahəsində böyük təcrübəyə malikdir. Təklif yekdilliklə qəbul olunub.
Sonra iclas
iştirakçıları MDB PA-nın aprelin
19-da keçiriləcək 49-cu plenar
iclasının gündəliyini müzakirə edib, MDB ölkələrində son vaxtlar keçirilən
seçkilərin monitorinqinin nəticələri,
2018-ci ildə təşkilatın fəaliyyətinin
yekunları və digər məsələlər barədə
məlumatları dinləyiblər.
Azərbaycan.-
2019.-19 aprel.- S.3.