Dariqa Nazarbayeva: “Azərbaycanın
və Qazaxıstanın parlamentləri arasında möhkəm
əlaqələr mövcuddur”
Milli Məclisin sədri Oqtay Əsədov MDB Parlamentlərarası Assambleyası Şurasının Sankt-Peterburqda keçirilən iclası çərçivəsində aprelin 18-də Qazaxıstan Senatının sədri Dariqa Nazarbayeva ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, Qazaxıstan-Azərbaycan ənənəvi dostluq münasibətlərindən danışan Dariqa Nazarbayeva iki ölkə arasında siyasi, iqtisadi, humanitar və digər sahələrdə, o cümlədən Xəzər hövzəsində, nəqliyyat-logistika, turizm sahələrində əməkdaşlığın uğurla inkişaf etdiyini bildirib. Senatın sədri Qazaxıstanın keçmiş Prezidenti Nursultan Nazarbayev ilə Bakıya səfərini, Azərbaycanın ümummilli lideri Heydər Əliyev ilə görüşlərini xatırlayıb. O vurğulayıb ki, Azərbaycan qazaxıstanlıların həvəslə səyahət etdikləri ölkədir. "Xalqlarımız özləri mehriban münasibətlər yaradıblar, bizə isə bu əlaqələri inkişaf etdirmək qalır”, - deyə D.Nazarbayeva bildirib.
Senatın sədri iki ölkənin parlamentləri arasında da möhkəm əlaqələrin mövcud olduğunu vurğulayaraq deyib: "Ümid edirik ki, Azərbaycan ilə əməkdaşlığımız bundan sonra da inkişaf edəcək”.
Milli Məclisin
sədri Oqtay Əsədov Dariqa
Nazarbayevanı Qazaxıstan Senatının sədri seçilməsi
münasibətilə təbrik edib. O
vurğulayıb ki, ölkələrimiz
müstəqillik əldə etdikdən sonra
ikitərəfli münasibətlər dövlətlərarası
əməkdaşlıq səviyyəsinə qalxıb. Azərbaycan
və Qazaxıstan xalqlarının liderləri Heydər
Əliyev və Nursultan Nazarbayev
arasında olan dostluq
münasibətləri əlaqələrimizin
inkişafında mühüm rol oynayıb. Azərbaycan xalqı Nursultan Nazarbayevin beynəlxalq
təşkilatlarda ölkəmizlə bağlı ədalətli
mövqeyini hər zaman
yüksək qiymətləndirir. Milli Məclisin
sədri iki dost
ölkənin parlamentlərinin də əlaqələrinin bundan sonra sürətlə
inkişaf edəcəyinə əmin olduğunu qeyd edib.
Azərbaycan.-
2019.-19 aprel.- S.3.