Dövlət
qulluqçularının peşə bayramı
gününün qeyd edilməsi ilə bağlı tədbirlər
planı təsdiqlənib
Azərbaycan Respublikası Prezidenti
Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin sərəncamı
ilə “Dövlət qulluqçularının peşə
bayramı gününün qeyd edilməsi ilə bağlı
tədbirlər planı” təsdiq edilib.
AZƏRTAC xəbər verir ki, sənəddə
Dövlət İdarəçilik Akademiyasında dövlət
qulluğunun aktual problemlərinə dair elmi-praktik
konfransın keçirilməsi, Dövlət Statistika Komitəsi
tərəfindən müvafiq statistik məlumatların dərc
edilməsi, yerli icra hakimiyyətlərində tədbirlərin
təşkil olunması, dövlət qulluğu sisteminin mahiyyəti
və əhəmiyyəti haqqında ölkə ictimaiyyətinin
məlumatlandırılması, dövlət orqanlarında
uzun illər səmərəli fəaliyyət göstərən
dövlət qulluqçularının orden, medal və fəxri
adlarla təltif edilməsi, dövlət qulluqçularına
ixtisas dərəcələrinin verilməsi barədə təkliflərin
hazırlanması kimi məsələlər öz əksini
tapıb.
Azərbaycan.- 2019.- 19 aprel.- S.5.