Mir Cəlal PaşayevinBir gəncin manifesti” əsəri gürcü dilinə tərcümə olunub

 

Görkəmli alim, yazıçı və pedaqoq, XX əsr Azərbaycan elminin, ədəbiyyatının, təhsilinin inkişafında misilsiz xidmətlər göstərmiş Mir Cəlal Paşayevin "Bir gəncin manifesti” əsəri gürcü dilinə tərcümə olunub.

AZƏRTAC xəbər verir ki, "Azərbaycan aləmi” Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə tərcümə olunmuş kitab ədibin ad günü ərəfəsində gürcü oxuculara təqdim ediləcək.

Mədəniyyət mərkəzinin sədr müavini Sevil Yusifova deyib ki, kitabı gürcü dilinə tərcümə etməkdə məqsəd gürcü oxucuları görkəmli ədəbiyyatşünas-alim Mir Cəlal Paşayevin yaradıcılığı ilə tanış etməkdir.

"Ümid edirik ki, bu kitab Gürcüstanda maraqla qarşılanacaq və gürcü oxucular tərəfindən çox seviləcək”, - deyə Sevil Yusifova vurğulayıb.

Sevil Yusifova deyib ki, Mərkəz bu yolla həm də Azərbaycan ilə Gürcüstan arasında mədəni, ədəbi əlaqələri inkişaf etdirmək niyyətindədir. Bu məqsədlə gələcəkdə Azərbaycan və gürcü ədiblərinin, elm adamlarının əsərlərinin də qarşılıqlı olaraq hər iki dilə tərcümə edilməsi nəzərdə tutulur.

 

Azərbaycan.- 2019.- 19 aprel.- S.7.