ADA Universitetində 44 ölkənin milli
mədəniyyət nümunələri sərgilənib
Aprelin 18-də ADA Universitetinin Tələbə Mərkəzində təşkil olunmuş sərgidə əcnəbi tələbələr və xarici dövlətlərin səfirlikləri stendlər quraraq ölkələrinin milli mədəniyyətlərini, kulinariyasını, incəsənət nümunələrini nümayiş etdiriblər.
AZƏRTAC xəbər verir ki, sərgi VIII Beynəlxalq Festival çərçivəsində təşkil olunub. Artıq ənənəyə çevrilmiş festivalda bu il 44 ölkə və Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyi iştirak edib.
ADA Universitetinin
prorektoru Fariz
İsmayılzadə hazırda bu ali təhsil ocağında 40 ölkədən
yüzə yaxın xarici tələbənin
təhsil aldığını deyib. Qeyd edib ki,
onların bir hissəsi Xarici
İşlər Nazirliyi tərəfindən
maliyyələşdirilən Əlimərdan bəy Topçubaşov adına beynəlxalq təqaüd
proqramını qazananlardır. Bugünkü festivalda xarici
dövlətlərin ölkəmizdə akkreditə olunmuş səfirliklərinin nümayəndələri,
beynəlxalq təşkilatların əməkdaşları,
habelə azərbaycanlı və əcnəbi tələbələr
iştirak edirlər. Əvvəlki festivallarla müqayisədə bu
festivalda daha çox qonaq iştirak edir.
Azərbaycan.-
2019.- 19 aprel.- S.7.