“Pasportlar haqqında” Azərbaycan
Respublikasının Qanununda dəyişiklik
edilməsi barədə
Azərbaycan Respublikasının
Qanunu
Azərbaycan Respublikasının
Milli Məclisi Azərbaycan Respublikası
Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin
10-cu bəndini rəhbər
tutaraq, "Konstitusiya
Məhkəməsi haqqında”
Azərbaycan Respublikasının
Qanununda dəyişiklik
edilməsi barədə”
Azərbaycan Respublikası
2018-ci il 13 fevral tarixli 986-VQD nömrəli Qanununun icrası ilə əlaqədar qərara alır:
"Pasportlar haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikası
Ali Sovetinin Məlumatı,
1994, ¹ 18, maddə 243; 1995, ¹ 14, maddə 237; Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 1997, ¹ 5, maddə
385, ¹ 6, maddə 493; 1998, ¹ 2, maddə 70; 2000, ¹ 12, maddə
835; 2001, ¹ 3, maddə 143, ¹ 6, maddə 378, ¹ 11, maddə
674; 2002, ¹ 1, maddə 4, ¹ 8, maddə 463; 2004, ¹ 7, maddə
505; 2005, ¹ 3, maddə 152, ¹ 10, maddə 874; 2006, ¹ 1, maddə
3, ¹ 2, maddə 64, ¹ 3, maddə
219, ¹ 4, maddə 319, ¹ 11, maddə
933, ¹ 12, maddələr 1006, 1017, 1029; 2007,
¹ 7, maddə 712, ¹ 8, maddə
753, ¹ 11, maddə 1053; 2008, ¹ 3, maddə 158, ¹ 8, maddələr
699, 701, ¹ 10, maddə 886; 2009, ¹ 7, maddə 519; 2010, ¹ 3, maddə
166, ¹ 4, maddə 276, ¹ 11, maddə
935; 2011, ¹ 4, maddə 270, ¹ 6, maddə 474, ¹ 7, maddə
580; 2012, ¹ 7, maddə 647; 2013, ¹ 5, maddə 465, ¹ 6, maddə
619, ¹ 7, maddə 793; 2014, ¹ 4, maddə 323, ¹ 11, maddə
1335; 2015, ¹ 6, maddə 688; 2017, ¹ 6, maddələr 1042, 1045, ¹ 12 (I kitab),
maddə 2263; 2018, ¹ 11, maddə
2216; Azərbaycan Respublikasının
2018-ci il 28 dekabr tarixli 1444-VQD nömrəli
Qanunu) 6-cı maddəsinin
birinci hissəsində
aşağıdakı dəyişikliklər
edilsin:
1. 1-ci bəndə
"hakimlərinə,” sözündən
sonra "İnsan Hüquqları üzrə
Avropa Məhkəməsinə
Azərbaycan Respublikasından
seçilmiş hakimə,”
sözləri əlavə
edilsin.
2. 3-cü bəndə
"Konstitusiya Məhkəməsi
sədrinin,” sözlərindən
sonra "İnsan Hüquqları üzrə
Avropa Məhkəməsinə
Azərbaycan Respublikasından
seçilmiş hakimin,”
sözləri əlavə
edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
5 mart 2019-cu il
Azərbaycan.- 2019.- 20 aprel.-
S. 2.