Azərbaycan Respublikasının İnzibati
Xətalar Məcəlləsində dəyişiklik edilməsi
haqqında
Azərbaycan Respublikasının
Qanunu
Azərbaycan Respublikasının
Milli Məclisi Azərbaycan Respublikası
Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin
17-ci bəndini rəhbər
tutaraq qərara alır:
Azərbaycan Respublikasının
İnzibati Xətalar Məcəlləsində (Azərbaycan
Respublikasının Qanunvericilik
Toplusu, 2016, ¹ 2 (I kitab),
maddə 202, ¹ 3, maddələr
397, 403, 429, ¹ 4, maddələr 631, 647, 654,
¹ 5, maddələr 835, 846, ¹ 6, maddələr 997, 1010, ¹ 7, maddələr
1247, 1249, ¹ 10, maddə 1608, ¹ 11, maddələr 1769, 1774, 1781, 1783, 1786, 1788, ¹
12, maddələr 1984, 2000, 2009, 2024, 2049;
2017, ¹ 1, maddə 21, ¹ 2, maddələr
139, 147, 152, 162, ¹ 3, maddələr 331, 344,
¹ 5, maddələr 698, 701, 734, 749, 754, ¹ 6,
maddələr 1020, 1033, 1036, ¹ 7, maddələr 1273, 1296, 1297, 1299, ¹ 11, maddələr 1964, 1966, 1969, 1979, ¹ 12 (I kitab), maddələr 2214,
2217, 2220, 2233, 2237, 2240, 2253, 2256, 2266; 2018, ¹ 1, maddə
19, ¹ 2, maddələr 160, 162, 163, ¹ 3, maddələr 383, 401, 404, ¹ 4, maddə
646, ¹ 5, maddələr 857, 860, 862, 876, 883,
¹ 6, maddələr 1153, 1188, ¹ 7 (I kitab), maddələr 1435,
1437, 1438, ¹ 10, maddə 1963, ¹ 11, maddələr 2188, 2191, 2214, 2217, 2231, ¹ 12 (I kitab), maddələr 2473,
2475, 2499, 2507, 2512, 2522; Azərbaycan Respublikasının 2018-ci il
7 dekabr tarixli 1382-VQD,
1384-VQD nömrəli, 18 dekabr
tarixli 1395-VQD, 1398-VQD nömrəli,
28 dekabr tarixli 1406-VQD,
1427-VQD, 1432-VQD nömrəli, 2019-cu il 1 fevral tarixli
1476-VQD nömrəli, 19 fevral
tarixli 1516-VQD nömrəli
qanunları) aşağıdakı
dəyişikliklər edilsin:
1. 43.1-ci maddəyə
"363,” rəqəmlərindən sonra "363-1, 363-2,” rəqəmləri
əlavə edilsin.
2. 360-cı maddənin
dispozisiyasında "Abonentə”
sözü "Abunəçiyə”
sözü ilə əvəz edilsin.
3. Aşağıdakı
məzmunda 363-1-ci və
363-2-ci maddələr əlavə
edilsin:
"Maddə
363-1. Telekommunikasiya şəbəkəsinə
qoşulmaqla qanunsuz beynəlxalq telekommunikasiya
xidmətlərinin təşkili
363-1.1. Telekommunikasiya
operatorunun və ya provayderinin telekommunikasiya şəbəkəsinə
müvafiq qurğu vasitəsilə qoşulmaqla
qanunsuz beynəlxalq telekommunikasiya xidmətlərinin
təşkil edilməsinə
görə -
inzibati xətanın
törədilməsində istifadə olunan avadanlıqlar və vasitələr müsadirə
edilməklə fiziki şəxslər iki min beş yüz manatdan üç min manatadək məbləğdə,
vəzifəli şəxslər
dörd min manatdan beş min manatadək məbləğdə, hüquqi
şəxslər altı
min manatdan səkkiz
min manatadək məbləğdə
cərimə edilir.
363-1.2. Bu Məcəllənin
363-1.1-ci maddəsində nəzərdə
tutulmuş xətanın
inzibati tənbeh almış şəxs tərəfindən inzibati
tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində
təkrar törədilməsinə
görə -
inzibati xətanın
törədilməsində istifadə olunan avadanlıqlar və vasitələr müsadirə
edilməklə fiziki şəxslər üç
min beş yüz manatdan dörd min manatadək məbləğdə,
vəzifəli şəxslər
altı min manatdan yeddi min manatadək məbləğdə, hüquqi
şəxslər səkkiz
min manatdan on min manatadək
məbləğdə cərimə
edilir.
Qeyd:
1. Bu Məcəllənin
363-1-ci maddəsi həmin
maddədə göstərilən
əməllər Azərbaycan
Respublikasının Cinayət
Məcəlləsinin müvafiq
maddələrinə əsasən
cinayət məsuliyyətinə
səbəb olmadıqda
tətbiq edilir.
2. Bu Məcəllənin
363-1 və 363-2-ci maddələrində
"müvafiq qurğu”
dedikdə, mobil nömrə sim-kartları
quraşdırılan və
internet vasitəsilə qəbul
edilən beynəlxalq
telefon trafikinin ümumistifadəli telekommunikasiya
şəbəkəsinə dolayı yolla istiqamətləndirilməsini təmin
edən qurğu başa düşülür.
Maddə 363-2. Qanunsuz beynəlxalq telekommunikasiya
xidmətlərinin qarşısının
alınması üçün
tədbirlərin görülməməsi
Telekommunikasiya şəbəkəsinə
müvafiq qurğu vasitəsilə qoşulmaqla
təşkil edilən
qanunsuz beynəlxalq telekommunikasiya xidmətlərinin
texniki vasitələrdən,
avadanlıqlardan və
ya proqram təminatından istifadə
etməklə qarşısının
alınması üçün
telekommunikasiya operatoru
və ya provayderi tərəfindən
tədbirlərin görülməməsinə
görə -
vəzifəli şəxslər
iki min manatdan üç min manatadək
məbləğdə, hüquqi
şəxslər səkkiz
min manatdan on min manatadək
məbləğdə cərimə
edilir.”.
4. 368-ci maddə üzrə:
4.1. adında
"Abonentin” sözü
"Abunəçinin” sözü
ilə əvəz edilsin;
4.2. dispozisiyasında
"abonentin” sözü
"abunəçinin” sözü
ilə əvəz edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
29 mart 2019-cu il
Azərbaycan.- 2019.- 20 aprel.-
S. 2.