Azərbaycan Respublikasının Cinayət Məcəlləsində
dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikasının
Qanunu
Azərbaycan Respublikasının
Milli Məclisi Azərbaycan Respublikası
Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin
17-ci bəndini rəhbər
tutaraq qərara alır:
Azərbaycan Respublikasının
Cinayət Məcəlləsinə
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2000, ¹ 4 (II kitab), maddə
251, ¹ 5, maddə 323, ¹ 12, maddə
835; 2001, ¹ 1, maddə 24, ¹ 7, maddə 455; 2002, ¹ 1, maddə
9, ¹ 5, maddələr 236, 248, 258, ¹ 6, maddə 326, ¹ 8, maddə
465; 2003, ¹ 6, maddələr 276, 279, ¹ 8, maddələr 424, 425, ¹ 12 (I kitab),
maddə 676; 2004, ¹ 1, maddə
10, ¹ 4, maddə 200, ¹ 5, maddə
321, ¹ 8, maddə 598, ¹ 10, maddə
762, ¹ 11, maddə 900; 2005, ¹ 1, maddə 3, ¹ 6, maddə
462, ¹ 7, maddə 575, ¹ 10, maddə
904, ¹ 11, maddə 994; 2006, ¹ 2, maddələr 71, 72, 75, ¹ 5, maddə
390, ¹ 12, maddələr 1008, 1020, 1028; 2007,
¹ 2, maddə 68, ¹ 5, maddə
398, ¹ 6, maddələr 560, 562, 579, ¹ 8, maddə 757, ¹ 10, maddələr
937, 941, ¹ 11, maddələr 1049, 1080, 1090,
¹ 12, maddə 1221; 2008, ¹ 6, maddələr
454, 461, ¹ 7, maddə 602, ¹ 10, maddə 884, ¹ 12, maddələr
1047, 1049; 2009, ¹ 5, maddə 315, ¹ 7, maddə 517, ¹ 12, maddə
953; 2010, ¹ 2, maddə 70, ¹ 3, maddələr 171, 178, ¹ 4, maddələr
275, 276, ¹ 7, maddə 591; 2011, ¹ 4, maddə 253, ¹ 5, maddə
472, ¹ 7, maddələr 587, 601, 621, ¹ 11, maddə 980, ¹ 12, maddə
1093; 2012, ¹ 2, maddə 45, ¹ 3, maddələr 193, 196, ¹ 7, maddələr
666, 669, 673, ¹ 11, maddə 1068, ¹ 12, maddə 1223; 2013, ¹ 1, maddə
14, ¹ 2, maddə 102, ¹ 4, maddə
364, ¹ 5, maddələr 459, 479, 481, ¹ 6, maddələr 594, 600, ¹ 11, maddələr
1264, 1286, 1312, ¹ 12, maddə 1492; 2014, ¹ 2, maddələr 89, 95, ¹ 4, maddə
327, ¹ 6, maddələr 618, 622; 2015, ¹ 4, maddələr 339, 359, 368, ¹ 5, maddələr
504, 508, 510, ¹ 6, maddələr 678, 690, 692,
¹ 11, maddələr 1253, 1268, 1289, 1298, ¹
12, maddələr 1437, 1445; 2016, ¹ 4, maddələr 634, 636, 638, 653, ¹ 5, maddə 845, ¹ 6, maddələr
993, 1001, ¹ 12, maddələr 1983, 1999, 2008,
2019, 2038, 2048; 2017, ¹ 2, maddə 161, ¹ 3, maddə 330, ¹ 5, maddələr
694, 697, 700, 702, 733, ¹ 7, maddələr
1268, 1271, 1293, ¹ 11, maddələr 1968,
1978, ¹ 12 (I kitab), maddə
2231; 2018, ¹ 3, maddə 403, ¹ 5, maddə 861, ¹ 6, maddə
1154, ¹ 7 (I kitab), maddə
1441, ¹ 10, maddə 1972, ¹ 11, maddə 2213, ¹ 12, (I kitab),
maddə 2472) aşağıdakı
məzmunda 233-4-cü maddə
əlavə edilsin:
"Maddə
233-4. Telekommunikasiya şəbəkəsinə
qoşulmaqla qanunsuz beynəlxalq telekommunikasiya
xidmətlərinin təşkili
233-4.1. Telekommunikasiya
operatorunun və ya provayderinin telekommunikasiya şəbəkəsinə
müvafiq qurğu vasitəsilə qoşulmaqla
qanunsuz beynəlxalq telekommunikasiya xidmətlərinin
təşkil edilməsi
əhəmiyyətli zərər
vurulmasına səbəb
olduqda -
cinayət nəticəsində
vurulmuş ziyanın iki mislinədək miqdarda cərimə və ya iki
ilədək müddətə
islah işləri və ya iki
ilədək müddətə
azadlığın məhdudlaşdırılması
və ya iki ilədək müddətə azadlıqdan
məhrumetmə ilə
cəzalandırılır.
233-4.2. Eyni əməllər:
233-4.2.1. təkrar
törədildikdə;
233-4.2.2. xeyli miqdarda ziyan vurmaqla törədildikdə;
233-4.2.3. qabaqcadan
əlbir olan bir qrup şəxs
və ya mütəşəkkil dəstə
tərəfindən törədildikdə
-
cinayət nəticəsində
vurulmuş ziyanın iki mislindən üç mislinədək
miqdarda cərimə və ya iki
ildən dörd ilədək müddətə
azadlığın məhdudlaşdırılması
və ya iki ildən dörd ilədək müddətə azadlıqdan
məhrumetmə ilə
cəzalandırılır.
233-4.3. Bu Məcəllənin
233-4.1-ci və 233-4.2-ci maddələrində
nəzərdə tutulmuş
əməllər:
233-4.3.1. külli
miqdarda ziyan vurmaqla törədildikdə;
233-4.3.2. vəzifəli
şəxs tərəfindən
öz qulluq mövqeyindən istifadə
etməklə törədildikdə
-
üç ilədək
müddətə müəyyən
vəzifə tutma və ya müəyyən
fəaliyyətlə məşğul
olma hüququndan məhrum edilməklə cinayət nəticəsində
vurulmuş ziyanın üç mislindən dörd mislinədək miqdarda cərimə və ya üç
ildən beş ilədək müddətə
azadlığın məhdudlaşdırılması
və ya dörd ildən altı ilədək müddətə azadlıqdan
məhrumetmə ilə
cəzalandırılır.
Qeyd:
1. Bu Məcəllənin
233-4.1-ci maddəsində "müvafiq qurğu” dedikdə, mobil nömrə sim-kartları
quraşdırılan və
internet vasitəsilə qəbul
edilən beynəlxalq
telefon trafikinin ümumistifadəli telekommunikasiya
şəbəkəsinə dolayı yolla istiqamətləndirilməsini təmin
edən qurğu başa düşülür.
2. Bu Məcəllənin
233-4.1-ci maddəsində "əhəmiyyətli zərər”
dedikdə, dövlət
təhlükəsizliyinə təhdid yaradan zərərin vurulması,
yaxud fiziki və ya hüquqi
şəxslərə on min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğdə
ziyan vurulması başa düşülür.
3. Bu Məcəllənin
233-4.2.2-ci maddəsində "xeyli miqdar” dedikdə,
əlli min manatdan yuxarı, lakin yüz min manatdan artıq olmayan məbləğ, 233-4.3.1-ci maddəsində
"külli miqdar” dedikdə yüz min manatdan yuxarı olan məbləğ başa düşülür.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri, 29 mart
2019-cu il
Azərbaycan.- 2019.- 20 aprel.- S. 2.