Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

 

Azərbaycan Respublikasının Qanunu

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 5-ci bəndini rəhbər tutaraq qərara alır:

Maddə 1. "Konstitusiya Məhkəməsi haqqındaAzərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, ¹ 1, maddə 9, ¹ 8, maddə 598, ¹ 9, maddə 668; 2007, ¹ 4, maddə 320, ¹ 5, maddə 446, ¹ 7, maddə 712, ¹ 11, maddə 1078; 2008, ¹ 6, maddə 470, ¹ 7, maddə 608; 2010, ¹ 7, maddə 590; 2011, ¹ 4, maddə 266, ¹ 11, maddə 982; 2012, ¹ 6, maddə 521; 2014, ¹ 2, maddə 84; 2015, ¹ 5, maddə 491; 2018, ¹ 3, maddələr 375, 394, ¹ 5, maddə 887) aşağıdakı dəyişikliklər edilsin:

1.1. 71.2-ci maddə aşağıdakı redaksiyada verilsin:

"71.2. Konstitusiya Məhkəməsi sədrinin aylıq vəzifə maaşı Azərbaycan Respublikası Milli Məclisi Sədrinin aylıq vəzifə maaşına bərabərdir.”;

1.2. aşağıdakı məzmunda 73.10-cu maddə əlavə edilsin:

"73.10. Konstitusiya Məhkəməsinin hakiminə bir aylıq vəzifə maaşı həcmində vəzifə maaşına əlavə ödənilir.”.

Maddə 2. Bu Qanun 2019-cu il aprelin 1-dən qüvvəyə minir.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 29 mart 2019-cu il

 

Azərbaycan.- 2019.- 20 aprel.- S. 3.