Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 20 fevral tarixli 111 nömrəli
Fərmanı ilə təsdiq edilmiş
“Azərbaycan Respublikasının İqtisadiyyat
Nazirliyi haqqında Əsasnamə”də və
2016-cı il 28 dekabr tarixli 1182 nömrəli Fərmanı ilə təsdiq
edilmiş “Dövlətə məxsus olan hüquqi şəxslərin
daxili və xarici
borcalması
Qaydası”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası
Prezidentinin Fərmanı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq,
"Azərbaycan Respublikası
adından borc alınması və zəmanət verilməsi Qaydası”nın təsdiq
edilməsi haqqında”
Azərbaycan Respublikası
Prezidentinin 2018-ci il 18
dekabr tarixli 410 nömrəli Fərmanının
icrası ilə əlaqədar qərara alıram:
1. Azərbaycan Respublikası Prezidentinin
2014-cü il 20 fevral tarixli 111 nömrəli Fərmanı (Azərbaycan
Respublikasının Qanunvericilik
Toplusu, 2014, ¹ 2, maddə
118; 2016, ¹ 5, maddə 862, ¹ 8, maddələr 1373, 1384; 2017, ¹ 1, maddə 46, ¹ 7, maddə
1345, ¹ 12 (I kitab), maddə
2340; 2018, ¹ 10, maddə 2010, ¹ 11, maddə 2287, ¹ 12 (I kitab), maddə 2603) ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının
İqtisadiyyat Nazirliyi
haqqında Əsasnamə”nin
3.0.29-cu yarımbəndində "investisiya qoyuluşu sahəsində dövlət
zəmanəti ilə
alınan kreditlərin
layihələri üzrə
müqavilələrin (sazişlərin,
kontraktların) və
ya təkliflərin iqtisadi ekspertizasını
aparmaq, belə kreditlərə dair xarici investorlarla danışıqlarda iştirak
etmək,” sözləri
"Azərbaycan Respublikası
adından alınan borc hesabına maliyyələşdirilməsi təklif
edilən layihələrin
(o cümlədən icrada
olan layihə üçün əlavə
maliyyələşdirmənin) və kreditlərin zəmanətlə alınması
barədə müraciətlərin
zəruriliyini, prioritetliyini,
maliyyə dayanıqlığını,
ölkənin sosial-iqtisadi
inkişafına təsirini
qiymətləndirmək,” sözləri
ilə əvəz edilsin.
2. Azərbaycan Respublikası Prezidentinin
2016-cı il 28 dekabr tarixli 1182 nömrəli Fərmanı (Azərbaycan
Respublikasının Qanunvericilik
Toplusu, 2016, ¹ 12, maddə
2100; 2018, ¹ 10, maddə 1991) ilə təsdiq edilmiş "Dövlətə
məxsus olan hüquqi şəxslərin
daxili və xarici borcalması Qaydası”nın 1.3-cü bəndində
"Dövlət zəmanəti
ilə alınan kreditlərə dair sazişlərin bağlanması
qaydaları haqqında”
Azərbaycan Respublikası
Prezidentinin 2006-cı il
13 fevral tarixli 368 nömrəli Fərmanına”
sözləri "Azərbaycan
Respublikası adından
borc alınması və zəmanət verilməsi Qaydası”nın
təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin
2018-ci il 18 dekabr tarixli 410 nömrəli Fərmanına” sözləri
ilə əvəz edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
16 aprel 2019-cu il
Azərbaycan.- 2019.- 20 aprel.- S. 3.