Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin
fəaliyyətinin təmin edilməsi haqqında
Azərbaycan Respublikası
Prezidentinin Fərmanı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq, Beynəlxalq Münasibətlərin
Təhlili Mərkəzinin
fəaliyyətini təmin
etmək məqsədi
ilə qərara alıram:
1. "Beynəlxalq
Münasibətlərin Təhlili
Mərkəzinin Nizamnaməsi”
təsdiq edilsin (əlavə olunur).
2. Beynəlxalq Münasibətlərin Təhlili
Mərkəzində (bundan
sonra - Mərkəz) təsisçinin səlahiyyətlərinin
həyata keçirilməsi
aşağıdakılara həvalə
edilsin:
2.1. Azərbaycan Respublikasının Prezidentinə:
2.1.1. Mərkəzin
nizamnaməsinin təsdiqi;
2.1.2. nizamnamə
fondunun miqdarının
müəyyən edilməsi;
2.1.3. icra
orqanlarının yaradılması,
onların səlahiyyətlərinin
müəyyənləşdirilməsi və səlahiyyətlərinə
vaxtından əvvəl
xitam verilməsi;
2.1.4. Mərkəzin
yenidən təşkili
və ləğvi;
2.2. Azərbaycan Respublikasının Nazirlər
Kabinetinə:
2.2.1. Mərkəzin
illik maliyyə hesabatlarının təsdiq
edilməsi;
2.2.2. təsərrüfat
cəmiyyətlərinin yaradılmasına
və ya onlarda iştirak etməyə, idarə,
filial və nümayəndəliklərin
yaradılmasına razılıq
verilməsi;
2.2.3. xalis
aktivlərinin dəyərinin
25 faizindən artıq
məbləğdə olan
əqdin (xüsusi əhəmiyyətli əqdin)
və aidiyyəti şəxslə dəyəri
aktivlərinin 5 faiz və daha çox
hissəsini təşkil
edən əqdin bağlanmasına razılıq
verilməsi;
2.3. Mərkəzə:
2.3.1. inkişaf
istiqamətlərinin, strateji
məqsədlərinin və
fəaliyyət planlarının
Azərbaycan Respublikasının
Prezidenti ilə razılaşdırmaqla müəyyənləşdirilməsi;
2.3.2. strukturunun
Azərbaycan Respublikasının
Prezidenti ilə razılaşdırmaqla təsdiq
edilməsi.
3. Azərbaycan Respublikasının Nazirlər
Kabineti:
3.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması
ilə bağlı təkliflərini üç
ay müddətində hazırlayıb
Azərbaycan Respublikasının
Prezidentinə təqdim
etsin;
3.2. Mərkəzin
işçilərinin say həddini
və əməkhaqqı
fondunu Azərbaycan Respublikasının Prezidenti
ilə razılaşdırmaqla
iki ay müddətində
təsdiq etsin;
3.3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində
təmin edib Azərbaycan Respublikasının
Prezidentinə məlumat
versin;
3.4. dövlət
qeydiyyatına alındığı
gündən bir ay müddətində Mərkəzin
inzibati bina ilə təmin olunması və maddi texniki bazasının
möhkəmləndirilməsi üçün müvafiq
tədbirlər görsün;
3.5. bu
Fərmanın 3.4-cü bəndinə
uyğun olaraq Mərkəzin balansına
verilən dövlət
əmlakının qiymətləndirilərək
onun nizamnamə fondunda nəzərə alınması üçün
müvafiq təkliflərini
Mərkəz dövlət
qeydiyyatına alındığı
gündən iki ay müddətində Azərbaycan
Respublikasının Prezidentinə
təqdim etsin;
3.6. mərkəzi
icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın
və bunun icrası barədə beş ay müddətində
Azərbaycan Respublikasının
Prezidentinə məlumat
versin;
3.7. bu
Fərmandan irəli gələn digər məsələləri həll
etsin.
4. Mərkəz:
4.1. dövlət
qeydiyyatına alınması
üçün bu Fərmanın qüvvəyə
mindiyi tarixdən üç gün müddətində "Hüquqi
şəxslərin dövlət
qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının
Vergilər Nazirliyinə
müraciət etsin;
4.2. bu
Fərmandan irəli gələn digər məsələləri həll
etsin.
5. Azərbaycan
Respublikasının Maliyyə
Nazirliyi bu Fərmanla təsdiq edilmiş Nizamnamənin
5.1-ci bəndində göstərilən
məbləğdə maliyyələşməni
təmin etsin.
6. Azərbaycan
Respublikasının Ədliyyə
Nazirliyi mərkəzi
icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının
Nazirlər Kabinetinə
məlumat versin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
19 aprel 2019-cu il
Azərbaycan.- 2019.- 20 aprel.- S. 3.