Sankt-Peterburqda MDB Parlament Assambleyasının 49-cu plenar iclası keçirilib

 

Aprelin 19-da Sankt-Peterburqda MDB Parlament Assambleyasının 49-cu plenar iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycanı tədbirdə Milli Məclisin sədri Oqtay Əsədovun rəhbərliyi ilə parlament nümayəndə heyəti təmsil edib. İclasda MDB PA-nın parlament nümayəndə heyətləri, daimi komissiyalarının üzvləri, alimlər, ekspertlər iştirak ediblər.

İclası açan Rusiya Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenko tədbirdə MDB PA-nın hüquq məsələləri, iqtisadi maliyyə məsələləri, elm təhsil məsələləri üzrə daimi komissiyalarının hazırladıqları 11 model qanunvericilik aktı tövsiyələrinin nəzərdən keçiriləcəyini bildirib. Təsdiq edilmiş sənədlər MDB ölkələri milli qanunvericiliklərində istifadə olunması üçün Birlik dövlətlərinin qanunvericilik orqanlarına təqdim edilib.

Toplantı çərçivəsində təhlükəsizlik yeni çağırışlar təhdidlərə qarşı mübarizə birləşmiş komissiyasının, siyasi məsələlər beynəlxalq əməkdaşlıq daimi komissiyasının, müdafiə təhlükəsizlik daimi komissiyasının iclasları olub.

Tədbirin sonunda KİV nümayəndələri üçün mətbuat konfransı keçirilib.

 

Azərbaycan.- 2019.- 20 aprel.- S.4.