Bakı Ali Neft
Məktəbində Tələbələrin I Respublika
elmi konfransları başa
çatmışdır
Bakı Ali Neft Məktəbində (BANM) ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş Tələbələrin I Respublika elmi konfransları başa çatmışdır.
Tədbirə BANM-in rəhbərliyi və professor-müəllim heyəti, eləcə də, BANM-in partnyorları olan SOCAR-ın Kompleks Qazma İşləri Tresti, SOCAR Polymer, Huawei, Maire Technimont, ABB, Microsoft, Emerson Process Management və Avandsis Group şirkətlərinin təmsilçiləri qatılmışdılar. Eyni zamanda konfranslarda iştirak etmiş və öz maraqlı prezentasiyaları ilə seçilərək qalib olaraq müəyyən edilmiş tələbə və gənc alimlər də iştirak etmişdilər.
Qonaqları salamlayan BANM-in rektoru Elmar Qasımov Ali Məktəbdə 15 aprel
tarixindən etibarən keçirilən konfransların yekunu barədə məlumatları
iştirakçıların diqqətinə
çatdırmışdır. Çoxsaylı bölmələrdən
ibarət üç geniş
başlıq altında - Kimya və kimya mühəndisliyində perspektivlər,
Keyfiyyətli enerji,
keyfiyyətli xidmət və Yüksək texnologiyalar-
innovativ tətbiqlər mövzuları
çərçivəsində təşkil olunmuş
konfranslara ölkəmizdə fəaliyyət
göstərən ali təhsil müəssisələri
və AMEA-nın institutlarını təmsil edən
ümumilikdə 177 nəfər tələbə və gənc
alimin müraciət etdiyini
bildirən rektor hər bölmə
üzrə uğurla
çıxış etmiş qaliblərin
BANM-in sertifikatları, eləcə də konfransa dəstək vermiş
yerli və transmilli
şirkətlərin qiymətli hədiyyələri ilə
mükafatlandırılacaqlarını bildirmişdir.
Hər bir iştirakçıya konfransda fəal iştirak
etdikləri üçün təşəkkür
edən rektor onlarda
elmi-tədqiqatlara marağın bundan sonra daha da
artacağından əmin olduğunu
vurğulamışdır. Daha sonra 1-ci, 2-ci və 3-cü yerlərin qaliblərinə,
həmçinin həvəsləndirici kateqoriya
üzrə seçilmiş
iştirakçılara sertifikat və hədiyyələr
təqdim olunmuşdur.
Azərbaycan.- 2019.- 20 aprel.- S.5.